Icma.az
close
up
RU
“Bacısının ərinə göz dikən qadınları...” Aparıcı əsəbiləşdi

“Bacısının ərinə göz dikən qadınları...” Aparıcı əsəbiləşdi

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Hüquqşünaslar belə, qalmaqal olmayan efirdə qonaq olmaq istəmir. Hansı biri çıxıb deyər ki, insanlara heç bir qarşılıq gözləmədən hüquqi dəstək göstərməyə hazıram? Təbii ki, heç biri”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış aparıcı Amil Xəlil deyib. O, sosial və şou xarakterli verilişləri tənqid edən tamaşaçılara belə cavab verib:

“Qalmaqal yaradan aparıcılar yaxşı ki, var. Çünki onların sayəsində bu gün televiziya baxımlıdır. Azərbaycan tamaşaçısının qarşısında rus, türk və digər ölkələrin televiziya kanalları kimi çoxsaylı alternativlər var. Xüsusilə də, bacısının ərinə göz dikən qadınları ssenariləşdirən türk serialları kimi proqramlar geniş yayılıb. Tamaşaçılarımız bu seriallara əlləri çatmadığı üçün yerli televiziya kanallarındakı qalmaqalları tənqid edirlər.

Düşünmürəm ki, hansısa ölkədə şousuz televiziya kanalları olsun. İranda belə, şou xarakterli verilişlər yayımlanır. Hətta bu ölkə İslam dövləti olsa da, bəzi proqramları yığışdırıb, qalmaqallı efirləri böyük layihələrlə əvəz edirlər. Lakin yenə də qalmaqaldan tamamilə qaçmaq mümkün olmur.

Tamaşaçılar deyirlər ki, tarlı-kamanlı verilişlər hazırlansın, amma söz versələr ki, belə proqramlara mütləq baxacaqlar, inanmıram. Əgər bunu etsələr, atama lənət!”.

Aparıcı xarici serialların ölkəmizdə bəh-bəhlə izlənib, yerli verilişlərin tənqid olunmasına birmənalı reaksiya göstərib:

“Mənim "Xoş gəldin" adlı verilişim var. Ucqar kəndlərə gedirəm. Bəzən o ərazilərdə cəmi 200 nəfər sakin belə yaşamır. Həmin verilişlə eyni vaxtda yayımlanan şou proqramlarına isə, məhz qalmaqal baş verdiyi üçün daha çox baxılır. "Xoş gəldin" kimi sosial verilişlər isə çox vaxt tamaşaçı cəlb edə bilmir. Tamaşaçılara sual vermək lazımdır: Sosial şəbəkələrdə televiziya kanallarından tələb etdiklərinizi öz evinizdə tələb edə bilirsinizmi?

İzləyicilər yerli aparıcıları və verilişləri tənqid etsələr də, xarici seriallardakı 18+ hətta 30+ səhnələri ailəlikcə izləməkdən çəkinmirlər. Bizim dövrümüzdə "Anastasiya" adlı serial yayımlanırdı. İki qardaş birlikdə baxsaq belə, uyğunsuz səhnə görəndə üzümüzü çevirirdik. İndiki valideynlər isə, qızları ilə birgə əxlaqa zidd səhnələri böyük maraqla izləyirlər. Amma sosial şəbəkələrdə yerli aparıcıların işlətdiyi ifadələri kəskin şəkildə tənqid edirlər.

Digər tərəfdən, sosial verilişlərdə iştirak edən vəkillər belə reytinqli efirlərə üz tuturlar. Biri çıxıb deyə bilərmi ki, bütün ehtiyacı olanlara təmənnasız xidmət göstərəcəm? Xeyr. Amma qalmaqallı verilişlərdə iştirak etmək üçün birbaşa müraciət edirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri