Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

53 yaşlı kişi bacısının ərinə xəsarət yetirdi

53 yaşlı kişi bacısının ərinə xəsarət yetirdi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə şəhərində 1972-ci il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısının əri İsgəndərə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 yanvar 2024-cü ildə baş verib. Fərhad həmin gün saat 17 radələrində evin mətbəxində bacısının əri İsgəndər ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, yəni İsgəndərin nalayiq ifadələrlə onu təhqir etməsindən sonra yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə onun üz nahiyəsinə bir dəfə zərbə vurub. 
Hadisəni törədən Fərhadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ilin yanvarın 19-da Bakı şəhərində yaşayan bacısı Mədinə və qardaşı Vüqar onun evinə gəlib: “Onlar mənə digər bacımız Səmayənin xəstə olduğunu və onu növbəti gün Gəncə Beynəlxalq xəstəxanaya yerləşdirəcəklərini bildirdilər. Bununla bağlı Səmayənin xəstəxana xərclərinə köməklik etməyimi məndən xahiş etdilər. Biz üçümüz, yəni qardaşım Vüqar, mən və digər bacım Mədinə ilə birlikdə 2700 manat  toplayaraq Səmayəni xəstəxanaya yerləşdirdik. Xəstəxanada olan zaman bacımın müayinə edən həkim mənə onun nevroloji xəstə olmasını və əməliyyat olunduğunu bildirdi. Əməliyyatdan sonra, yanvarın 20-də, saat 16-da xəstəxanada bacım Səmayə ilə görüşən zaman azyaşlı övladlarını yaşadığı evdən, yəni ərinin olduğu evdən götürərək öz yaşadığım evə aparmağımı xahiş etdi. Mən də digər bacım Mədinə ilə uşaqları götürmək üçün onlara getdik. Qapını bacım qızı İradə açdı. Söhbət əsnasında mən bacımın əri İsgəndərə bacımın nevroloji xəstəlikdən əziyyət çəkdiyini və ona bacımı əsəbləşdirməməsini bildirdim. Bu zaman İsgəndər mənə bacım və bacım qızının yanında nalayiq ifadələrlə təhqir etdi. Mən də İsgəndərin bu sözündən əsəbiləşərək onun üst dodaq hissəsinə bir dəfə yumruqla zərbə vurdum. Həmin vaxt bacım və bacım qızı bizi araladı. Mən yaşadığım evə getdim”. 
Təqsirləndirilən şəxs ifadəsinin sonunda 44 günlük Vətən müharibəsinin fəal iştirakçısı olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində 1 azyaşlı uşağının olmasını və ailəni dolandıran yeganə şəxs olduğunu bildirib. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən İsgəndərin sözlərinə görə, həyat yoldaşı Səmayə xəstə olduğundan bacısı Mədinə və qardaşı Fərhad onu Gəncə Beynəlxalq xəstəxanaya əməliyyat üçün aparıblar: “Daha sonra yanvarın 20-də, saat 17 radələrində yaşadığım evdə övladlarım ilə birlikdə olarkən baldızım Mədinə və qaynım Fərhad yaşadığım evə gəldilər. Evdə olan zaman qaynım heç bir səbəb olmadan yumruqla məni vurdu. Həmin vaxt yanında olan qızım İradə və baldızım Mədinə Fərhadı məndən aralaşdıraraq evdən çıxartdılar. Bundan sonra mən baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərhada aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri növündə cəza təyin edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri