Icma.az
close
up
RU
Ağdamda ailə münaqişəsi: 31 yaşlı oğlan bacısının ərinə xəsarət yetirdi

Ağdamda ailə münaqişəsi: 31 yaşlı oğlan bacısının ərinə xəsarət yetirdi

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ağdam rayonunda 31 yaşlı oğlan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı bacısının həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Məmməd yeznəsi Alimlə onun yaşadığı fərdi yaşayış evinin qonaq otağında bacısı Elnarəni döydüyünə görə mübahisə edib. 
Şəxsi münasibətlər zəminində mübahisə zamanı o, yeznəsini yumruqla bir dəfə sifət nahiyəsinə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarət yetirib. 
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonun kəndində yaşayır: “Zərərçəkmiş şəxs yeznəmdir. O, bacım Elnarənin həyat yoldaşıdır. Əvvəllər aramızda ədavət və ya düşmənçilik olmayıb. 2012-ci ildə bacım Alim ilə rəsmi olaraq ailə həyatı quraraq birlikdə yaşamağa başladılar. Həmin nikahdan 2 övladları dünyaya gəlib. Həmin vaxtdan Alimlə Elnarə arasında söz söhbətləri olub. Buna səbəb sözlərinin üst-üstə düşməməsidir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ildə yeni il bayramı ilə əlaqədar bacısı Elnarənin yaşadığı evə qonaq gedib: “Biz birlikdə yemək yedik. Sonra Elnarə anamın xəstə olduğu üçün yaşadığı evə gedərək bayramını təbrik etmək istədiyini bildirdi. Alimdə buna etiraz etmədi və getməyini bildirdi. Bundan sonra Elnarə ilə birlikdə anamın yaşadığı ünvana getdik və onun bayramını təbrik etdik. Həmin gün saat təxminən 23 radələrində Elnarəni yaşadığı evə apardım”. 
Məmmədin ifadəsinə görə, 2025-ci ildə, saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman bacısı Elnarə ona zəng edib: “Bacım Alimin onu döyməsini və gələrək onu aparmağımı, əks təqdirdə intihar edəcəyini bildirdi. Həmin vaxtı digər bacımın həyat yoldaşı İlqar da yaşadığım evdə olub. Lakin ona heç bir söz demədən bacımın yaşadığı evə getdim. Bundan bir qədər sonra İlqar da ora gəldi. Mən Alimdən nə baş verdiyini soruşdum. O, da mənimlə mübahisə etdi. Mübahisə zamanı yumruqla onun sifət nahiyəsindən bir dəfə vurdum. Həmin vaxtı bacım Elnarə  və İlqar bizi aralaşdırdı. Bundan sonra Elnarəni  və övladlarını götürərək yaşadığım evə getdim. Ertəsi gün mən işdə olan zaman Elnarə övladları ilə birlikdə yaşadıqları evə gedərək heyvanları və öz əşyalarını götürərək mənim yaşadığım evə gətiriblər. Mən həmin vaxtı orada olmamışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Alimin sözlərinə görə, 2012-ci ildə Elnarə ilə rəsmi ailə həyatı quraraq birgə nigaha daxil daxil olublar və birgə nigahlarından iki övladları dünyaya gəlib: “Elnarə ilə ailə daxili münasibətlərimiz normal olub. 31 dekabr 2024-cü ildə qaynım Məmməd arvadı İlhamə ilə birlikdə bayram ilə əlaqədar bizə qonaq gəldi. Birlikdə yemək yedikdən sonra Elnarə anasını xəstə olduğu üçün onun yaşadığı evə getməyi, bayramını təbrik etməyi bildirdi. Mən də anasının evinə getməsinə razı oldum. Bundan sonra arvadım qardaşı ilə birlikdə anasının evinə getdi və həmin gün saat təxminən 23 radələrində gəldi”.
Zərərçəkmişin ifadəsinə görə, növbəti gün, saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman arvadı Elnarəyə  ona məxsus olan köynəyinin sökülən hissəsini tikməsini bildirib: “Elnarə tikməyəcəyini söylədi. Ondan nəyə görə köynəyimi tikməməsini soruşdum. Cavab verdi ki, yaxşı edirəm. Bu zaman əsəbiləşərək onun yaxasından tutdum və silkələyərək divana tərəf itələdim. Bundan sonra heç nə etmədim”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Elnarə evin arxa otağına keçib, qardaşı Məmmədə zəng edib və onu aparmasını bildirib: “Bundan bir neçə dəqiqə sonra qaynım və bacanağım İlqar yaşadığım evə gəldilər. Bu zaman Məmməd məndən nə baş verdiyini soruşdu. Ona “bacına deyirəm mənim köynəyimi tik, o isə tikməyəcəyini bildirdiyini və səbəbini soruşduqda “yaxşı edirəm” dediyini bildirdim. Bu zaman Məmmədə bacısına haqq qazandırdı və yaxşı etdiyini dedi. Mən də onu və bacısını təhqir etdim. Bundan sonra Məmməd yumruqla sifətimə, başıma və bədənimin müxtəlif nahiyələrinə yumruq, təpiklə zərbələr vurdu. Sonra isə arvadım və bacanağım bizi aralaşdırdılar. Sonra isə Məmməd arvadımı və iki azyaşlı övladlarımı da götürərək getdi. Sonradan öyrəndim ki, növbəti günlərdə arvadım, qayınatam, bacanağım və qaynım yaşadığım evin həyətindən ümumi birgə mülkiyyətdə olan 5 baş iribuynuzlu heyvanı, 3000 manat pul, arvadımın üzüyü və məişət əşyalarını götürərək aparıblar. Mən də döyülməyim ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs alıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Noyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri