Bacısının ərini döyən şəxsə elektron qolbaq taxıldı
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Taleh Namazovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsalə Qasımovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.
İttihama görə, hadisə 26 mart 2024cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhərində qeydə alınıb.
Belə ki, Taleh Namazov yaşadıqları mənzilin dəhlizində bacısının əri, zərərçəkmiş İdris Nəsibzadənin (ad, soyadı şərtidir) atasının ünvanına nalayiq ifadələr işlədib boğaz nahiyəsindən yapışaraq sonuncunu boğmasını, həmçinin masanın üzərindəki qənd qabını bacısının sifət nahiyəsinə atmasını görüb. Bu zaman o, yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə qəsdən bir zərbə vuraraq, onun burnunu sıdırıb.
Hadisədən sonra Taleh Namazov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


