Kafedə tanımadığı şəxsi döyən şəxsə elektron qolbaq taxıldı
Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Uğur Bəşirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 1 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
İttihama görə, hadisə 31 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən kafedə qeydə alınıb.
Belə ki, Uğur Bəşirov obyektdə müştəri qismində olarkən əvvəllər tanımadığı Osman Osmanlı (şərti) ilə mübahisə edib. Bu zaman o, zərərçəkmişin sifət nahiyəsindən yumruqla zərbə endirib.
Kamal Məmmədov
Baxış sayı:64
Mənbə:https://pravda.az