Bağçada mərmilər aşkarlandı, təşviş yarandı Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Sumqayıtda, 57 saylı körpələr evi-uşaq bağçasında naməlum əşyalar aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, mövcud vəziyyətdən valideynlər təşvişə düşüblər.
Onların sözlərinə görə, telefonla məlumat alan kimi bağçaya gəlib, uşaqları götürərək evə aparıblar.
Araşdırma zamanı həmin əşyaların içi boş və istismara yararsız mərmilər olduğu ortaya çıxıb.
57 saylı körpələr evi-uşaq bağçasından bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb. Təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.
Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır. Aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.
Faktla bağlı aidiyyəti qurumlar araşdırma aparır.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 May 2026 03:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















