Yunanıstan Azərbaycandan təbii qaz idxalını artırdı
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yunanıstan Azərbaycandan təbii qaz idxalını 11,4 faiz artırıb.
Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 756,7 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib. İxracın dəyəri 423,9 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, Komitənin məlumatları əsasında trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77,2 milyon kubmetr və ya 11,4 faiz artıb. Dəyər ifadəsində isə ixrac 65,8 milyon ABŞ dolları və ya 18,4 faiz yüksəlib.
Qurumun məlumatına görə, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 358,1 milyon ABŞ dolları dəyərində 679,5 milyon kubmetr təbii qaz ixrac olunub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycandan Yunanıstana 397,6 milyon ABŞ dolları dəyərində 927,1 milyon kubmetr, 2025-ci ildə isə 461,2 milyon ABŞ dolları dəyərində 910,5 milyon kubmetr təbii qaz ixrac edilib.
Beləliklə, 2025-ci ildə Azərbaycandan Yunanıstana təbii qaz ixracının fiziki həcmi əvvəlki illə müqayisədə 1,8 faiz azalsa da, dəyəri 16 faiz artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 18 Noyabr 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















