Icma.az
close
up
RU
“Bağlanan şirkətimə 11 ay sonra cərimə gəldi”

“Bağlanan şirkətimə 11 ay sonra cərimə gəldi”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Vətəndaş Nəriman Qarayev rəhbərlik etdiyi “Agroup Region” MMC ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından narazıdır. 

O, “Qafqazinfo”ya müraciət edərək bildirib ki, şirkətin fəaliyyəti 2024-cü ilin 23 dekabrında Dövlət Vergi Xidmətinə edilən rəsmi müraciət əsasında dayandırılıb. Lakin buna baxmayaraq, Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin 5 noyabr tarixində 1500 manat inzibati cərimə tətbiq edib. 

Şikayətçi bildirir ki, həmin vaxt şirkətin fəaliyyəti, işçisi və dövriyyəsi olmayıb, buna görə də əmək qanunvericiliyinin pozulması iddiası əsassızdır. O, bu qərardan şikayət etdikdə isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin məsələnin mahiyyətinə baxmaq əvəzinə, şikayətin 20 günlük müddətdən gec verilməsi səbəbi ilə müraciəti qəbul etmədiyini qeyd edir: “Mən bu qanunsuz cərimədən şikayət etdikdə, Dövlət Əmək Müfəttişliyi Xidməti şikayətimin mahiyyətinə (yəni fəaliyyətin olmaması faktına) baxmaq əvəzinə, məsələni prosedur bəhanəsi ilə ört-basdır edir. Xidmətin bu il 26 fevral tarixli qərarında (İş № 3-17-5/1-Q17849/2026) bildirilir ki, mən şikayəti 20 günlük müddəti ötdükdən sonra vermişəm. Sual olunur: Fəaliyyəti rəsmən dayandırılmış, heç bir işçisi olmayan şirkətin rəhbəri niyə hər gün “bəlkə mənə qanunsuz cərimə yazarlar” deyə elektron kabineti yoxlamalıdır? Vətəndaşın rəsmi sənədlə fəaliyyətini dayandırdığı bir müəssisəyə cərimə yazıb, sonra da “vaxtında şikayət etmədin” demək vətəndaşa qarşı qurulmuş bürokratik tələ deyilsə, nədir? Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşın şikayətinə mahiyyəti üzrə baxmaqdan imtina edərək, aşkar qanunsuzluğu “prosedur qaydaları” arxasında gizlədir. Bu, sadəcə 1 500 manat məsələsi deyil, dövlət qurumunun öz səhvini vətəndaşın üzərinə yıxması məsələsidir”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, xidmət tərəfindən elektron informasiya sistemi vasitəsilə əmək qanunvericiliyinin pozulması faktı müəyyən edilib: “Belə ki, qərar qəbul edilərkən “Əmək və Məşğulluq” altsistemində aparılmış baxış zamanı sahibkar Nəriman Rəşid oğlu Qarayevin özünün aktiv əmək müqaviləsinin mövcud olduğu müəyyən edilib. Eyni zamanda icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması faktı aşkar edildiyindən Nəriman Rəşid oğlu Qarayev barəsində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilib.

Sonradan vətəndaş Nəriman Rəşid oğlu Qarayev tərəfindən Xidmətin 10.10.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayətə Dövlət Əmək Müfəttişliyi Xidmətində baxılıb. Araşdırma zamanı müəyyən edilib ki, qeyd olunan qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə uyğun olaraq qəbul edilib və N.Qarayevə inzibati cərimə tətbiq olunub. Elektron qərar 05.11.2025-ci il tarixində şəxsin elektron kabinetinə göndərilərək çatdırılıb.

Lakin qərardan şikayət 21.02.2026-cı il tarixində, yəni qanunvericilikdə nəzərdə tutulmuş 20 günlük müddət ötürüldükdən sonra təqdim edilib və müddətin bərpası barədə vəsatət verilməyib.

Bununla əlaqədar qəbul edilmiş qərara əsasən, şikayət müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən geri qaytarılıb”. 

Lamiyə Məmmədova 



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Mart 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri