Bağlanan universitetin müəllimləri narazıdır İşsiz qalıblar Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır.
“Qafqazinfo” Xezerxeber.az-a istinadən xəbər verir ki, universitetdə oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimlərə, eləcə də texniki işçilərə şamil edilməyib.
Müəllimlər deyir ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir:
“Müəllimlərin sonrakı aqibəti ilə bağlı hələ heç bir qərar yoxdur. Tələbələrin köçürülməsi həm bizi, həm tələbələri, həm də onların valideynlərini narahat edən məsələ idi. Onlar barəsində müəyyən bir qərar verildi. Amma biz müəllimlər faktiki olaraq işsiz qalmışıq”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub:
“Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək”.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 07 Avqust 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















