Icma.az
close
up
RU
Müəllimləri işsiz qoymaqdansa... Məktəblərin birləşdirilməsinə REAKSİYA

Müəllimləri işsiz qoymaqdansa... Məktəblərin birləşdirilməsinə REAKSİYA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Elm və təhsil naziri Emin Əmrullayev ölkədəki bəzi məktəblərin bağlanması məsələsinə aydınlıq gətirib. O, jurnalistlərə açıqlamasında deyib ki, cəmi 2-3 şagirdin oxuduğu məktəblər var. Nazirin sözlərinə görə həmin şagirlərin keyfiyyətli təhsil alması üçün bəzi məktəblər birləşdirilir. Maraqlıdır, məktəblərin birləşdirilməsi təhsilin keyfiyyətinə necə təsir edəcək?
Təhsil eksperti Elçin Muradov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O, bu addımın doğru olmadığı qənatindədir. Ekspertin fikrincə, məktəblərin birləşdirilməsi şagirdlərin yeni mühitə adaptasiyasını çətinləşdirəcək:
“Şagirdlərin bir yerdə başqa bir yerə getməsi onları dərslərindən uzaqlaşdıracaq. Tanımadıqları müəllimlərin dərslərində oturmaq onlar üçün asan olmayacaq. Məktəblərin birləşdirilməsi valideynlər üçün də problem yaradır. Çünki bu zaman məsafə fərqi yaranır, bu  da valideyn üçün sual doğurur ki, uşağını məktəbə apara biləcək ya yox. Düşünürəm ki, bunlar dərsin keyfiyyətinə heç də yaxşı mənada təsir göstərməyəcək”. 
E.Muradov birləşdirmənin müəllimlərə də təsir edəcəyini deyib:
“Məktəblərdə şagird sayının artırılmasının əvəzinə məktəbləri bağlamaq, şagirdləri eyni bir məktəbə köçürmək müəllimlərin dərs saatlarına təsir edəcək. Onları işsiz qoymaqdansa, başqa bir yol seçmək lazım idi. Məktəblərin birləşdirilməsi bir neçə müəllimin işsiz qalması deməkdir. Və ya müəllimlərin iş üçün başqa bir məktəbə köçürüləcəyini nəzərə alsaq, bu, oradakı digər müəllimlərin də dərs saatlarının azalmasına səbəb olacaq. Maaşı azalan müəllimə dərs demək artıq maraqlı olmayacaq. Şagirdlərin repetitor yanına getməsini problem kimi görürük, bir tərəfdən də müəllimi vadar edirik ki, məktəbdən uzaqlaşıb evdə şagird hazırlığı ilə məşğul olsun. Şagirdlər də uzaq məsafədəki məktəbə getməkdənsə, evdə dərsini oxuyacaq, adını sadəcə məktəbdə yazdıracaq. Təhsil problemlərinə kompleks yanaşmaq lazımdır. Buna görə də nazirlik başqa bir mexanizm düşünməli idi”.
Törə Zeynallı
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri