Bahar Muradova: Azərbaycan xalqı Ulu Öndərin xidmətlərini minnətdarlıqla xatırlayır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 12 dekabr, AZƏRTAC
Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilir. Ölkənin hər yerində, eləcə də dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar və Azərbaycansevərlər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərini minnətdarlıqla xatırlayırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında söyləyib.
B.Muradova Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi sahələrdəki fədakarlığına diqqət çəkib: “Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu gün dünyada öz sözünü deyən, qlobal proseslərdə fəal iştirak edən güclü bir dövlətə çevrilib. Onun müəyyənləşdirdiyi siyasi kurs bu gün varisləri tərəfindən əminlik və qətiyyətlə davam etdirilir. Azərbaycanın beynəlxalq arenadakı nüfuzu artıb. Ölkəmiz təkcə regionda deyil, İslam dünyasında və Türk dünyasında da mühüm aktora çevrilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 12 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















