Icma.az
close
up
RU
Bahar Muradova: Yeni Nizamnamə İlham Əliyevin YAP rəhbərliyinin davamlılığını təmin edir

Bahar Muradova: Yeni Nizamnamə İlham Əliyevin YAP rəhbərliyinin davamlılığını təmin edir

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Bahar Muradova bu baxımdan Qurultayda qəbul edilən Nizamnamə ilə bağlı düşüncələrini bölüşüb:
"Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin və partiyamızın həyatında müstəsna əhəmiyyətə malik tarixi bir mərhələyə təsadüf edir. İndi biz artıq başqa bir tarixi reallığın içərisindəyik. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək yolunda əldə etdiyi Böyük Zəfərdən sonra dövlətimiz, cəmiyyətimiz və siyasi institutlarımız qarşısında keyfiyyətcə yeni vəzifələr, qlobal gözləntilər və tarixi məsuliyyətlər yaranmışdır. Həmçinin bu Qələbə dövlətimizin siyasi, iqtisadi, hərbi və diplomatik gücünü elə bir zirvəyə ucaldıb ki, ölkəmiz regionda tamamilə yeni reallıqlar formalaşdıran əsas qlobal aktora çevrilib.
Belə möhtəşəm tarixi şəraitdə YAP-ın VIII Qurultayına təqdim edilən Nizamnamə layihəsi partiyanın fəaliyyətinin hüquqi və təşkilati çərçivəsini müəyyənləşdirən mühüm siyasi-hüquqi sənəd kimi qiymətləndirilir.
Təqdim olunmuş yeni Nizamnamənin fəlsəfəsini tarixi siyasi irsimizi qorumaqla, onun üzərində müasir, çevik, məsuliyyətli və hüquqi baxımdan daha dəqiq tənzimlənmiş partiya quruculuğunu təmin etmək təşkil edir.
- Yenilənmiş Nizamnamənin hazırlanmasının ilk mühüm əsaslarından biri onun yeni “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə və digər qanunvericilik aktlarına dərindən uyğunlaşdırılmasıdır. Yeni layihədə bu hüquqi tələblər partiyanın real fəaliyyət mexanizmləri ilə əlaqələndirilir, idarəetmə prosedurları və səlahiyyətlər daha dəqiq müəyyən olunur və məsuliyyət mexanizmləri konkretləşdirilir.
Yerli təşkilatların fəaliyyətinin daha aydın hüquqi və təşkilati çərçivəyə salınması idarəetmədə səlahiyyət və məsuliyyət bölgüsünü daha dəqiq çərçivələndirir. Bu isə YAP kimi böyük siyasi təşkilatda hər bir struktur səviyyəsinin funksiyasının dəqiq müəyyənləşdirilməsi qərarların icrasının səmərəliliyinə, daxili intizamın möhkəmlənməsinə və partiyanın cəmiyyətlə əlaqələrinin daha çevik qurulmasına xidmət edir.
- Elektron reyestrin tətbiqi və rəqəmsal imkanlardan istifadə dəqiqlik, operativlik, şəffaflıq və müasir kommunikasiya imkanları isə keyfiyyətli idarəetmə deməkdir. Maliyyə hesabatlılığının gücləndirilməsi, audit mexanizminin tətbiqi və müvafiq hesabatların qanunvericiliyin tələblərinə uyğun təqdim olunması partiyanın maliyyə fəaliyyətində şəffaflığın və hesabatlılığın institusional əsaslarını möhkəmləndirir.
Bu, YAP-ın hər zaman olduğu kimi yeni və daha məsuliyyətli hazırkı dönəm üçün də cəmiyyət qarşısında məsuliyyətinin mühüm göstəricisi kimi çıxış edir, partiyadaxili intizamı və ictimai etimadı yeni səviyyəyə qaldırır. Çünki siyasi təşkilatın ictimai etimadı yalnız onun siyasi mövqeyi ilə deyil, həm də öz fəaliyyətində açıqlıq, məsuliyyət və qanunçuluq prinsiplərinə necə əməl etməsi ilə ölçülür.
- Yenilənmiş Nizamnamənin mühüm istiqamətlərindən biri də partiyadaxili münasibətlərin daha aydın hüquqi çərçivəyə salınmasıdır. Partiya üzvünün hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi, qərarların qəbulunda səlahiyyətlərin bölüşdürülməsi, müraciət və şikayət mexanizmlərinin tənzimlənməsi daxili siyasi mədəniyyətin inkişafına xidmət edir. Bu, həm də partiya üzvünün hüquqi və təşkilati statusunun daha aydın müəyyən olunması deməkdir. Biz yüzminlərlə insanı birləşdirən siyasi partiyadan danışırıqsa, bu təşkilat və onun üzvü arasında münasibətlər əmənəvi olaraq YAP ın Nizamnamə sənədlərində özünün davamlı şəkildə təkmilləşdirilən formasında olduğu kimi - qarşılıqlı məsuliyyətə əsaslanır.

- Nizamnamədə əksini tapan ən mühüm istiqamətlərdən biri, şübhəsiz ki, Partiya Sədrinin statusu və rəhbərlik institutudur. Bu məsələyə yalnız təşkilati prosedur kimi yanaşmaq doğru olmazdı. Çünki siyasi partiyanın rəhbərliyi onun fəaliyyət istiqamətinin, siyasi xəttinin və strateji məqsədlərinin həyata keçirilməsində müəyyənedici amildir. Yeni Azərbaycan Partiyasının son illərdə keçdiyi yol bu baxımdan olduqca aydın siyasi nəticələr ortaya qoyur. Azərbaycanın bugünkü uğurlarının, dövlətimizin qüdrətinin artmasının, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının arxasında cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ardıcıl, məqsədyönlü və qətiyyətli siyasət dayanır. Eyni siyasi iradə YAP-ın fəaliyyətinə də yeni məzmun qazandırmaqdadır. Partiya təşkilati baxımdan yenilənir, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirir, yeni nəsillərin siyasi proseslərə cəlb olunması istiqamətində imkanlarını artırır. Daha mühümü isə budur ki, YAP öz Sədrinin rəhbərliyi ilə Azərbaycanın ən böyük siyasi nailiyyətlərinin qazanılması prosesinin canlı iştirakçısıdır.
Odur ki, bizim üçün partiyanın siyasi xəttinin ardıcıllığı məsələsinin mütləq şəkildə dövlətçilik kursunun davamlılığı və əldə edilmiş tarixi nəticələrin gələcək inkişaf strategiyası ilə əlaqələndirilməsi çox mühümdür. Azərbaycanın Zəfərinin memarı, dövlətimizin bugünkü qüdrətinin əsas siyasi müəllifi olan cənab İlham Əliyevin YAP-ın gələcək fəaliyyətinə rəhbərlik etməsi üçün formalaşmış siyasi etimad və tarixi legitimlik, partiyanın sabitliyi və inkişafı üçün mühüm təminatdır. Məhz buna görə Nizamnamənin rəhbərlik institutunu tənzimləyən müddəaları yalnız bu günün təşkilati ehtiyaclarını deyil, partiyanın gələcək siyasi fəaliyyətinin davamlılığının təmin edilməsini də nəzərə alır. Nəticədə güclü rəhbərlik institutu ilə çevik və müasir təşkilati idarəetmənin vəhdəti partiyanın uzunmüddətli inkişafının əsas təminatçısına çevrilir.

Deməli biz bir tərəfdən siyasi xəttin ardıcıllığını qoruyur, digər tərəfdən isə həmin siyasi xəttin həyata keçirilməsi mexanizmlərini zamanın tələblərinə uyğun yeniləyirik. Məncə, yeni Nizamnamənin əsas fəlsəfəsini də məhz bu vəhdət təşkil edir.
​- Yeni dövrdə və cənab İlham Əliyevin hər zaman partiyanın qarşısına qoyduğu ali hədəflər işığında partiyanın qarşısında duran əsas vəzifələrdən biri də cəmiyyətlə siyasi dialoqun, ictimai-siyasi həmrəyliyin daha da inkişaf etdirilməsidir. Azərbaycan artıq yeni sosial, iqtisadi və demoqrafik reallıqların formalaşdığı mərhələdədir. İnsan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinin mərkəzində yüksək mənəviyyata sahib olan, milli köklərə bağlı vətəndaş dayanır. Gənclərin dünyagörüşü dəyişir, rəqəmsal mühit genişlənir, ictimai münasibətlər yeni məzmun qazanır. Bu prosesdə milli və ailə dəyərlərinin qorunması, təbliği və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət xüsusi çəkiyə malikdir. Belə ki, ailə institutunun möhkəmliyi və milli-mənəvi dəyərlərimiz cəmiyyətimizin dayanıqlılığının əsas təməlidir. YAP hər zaman bu dəyərlərin qoruyucusu kimi cəmiyyətə örnək fəaliyyət sərgiləyir, bir siyasi təşkilat kimi dəyişən cəmiyyətin ritminə uyğun fəaliyyət göstərir.

- Yeni Nizamnamə partiyanın geniş üzv potensialından mədəni və sosial sahələrdə də daha səmərəli istifadə etmək, gənclərin və qadınların ictimai-siyasi fəallığını artırmaq, veteranların zəngin təcrübəsini yeni nəsillərə ötürmək, yerli təşkilatların cəmiyyətlə əlaqələrini daha da gücləndirmək baxımından mühüm imkanlar təqdim edir. Beləliklə, yenilənmiş Nizamnamə bir tərəfdən YAP-ın fəaliyyətini qanunvericiliyin müasir tələblərinə, digər tərəfdən isə partiyanın təşkilati imkanlarını yeni siyasi mərhələnin vəzifələrinə uyğunlaşdırır. Bu sənədin əhəmiyyəti həm də onun keçmişlə gələcək arasında hüquqi və siyasi körpü rolunda özünü göstərir. Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi məktəbin əsas dəyərləri qorunur, lakin həmin dəyərlərin müasir dövrdə həyata keçirilməsi üçün yeni idarəetmə mexanizmləri formalaşdırılır və partiyanın tarixi missiyasını davam etdirmə imkanları genişlənir.
​
İndi bizim qarşımızda duran vəzifələr həm miqyasına, həm də mahiyyətinə görə daha böyük və qlobal xarakter daşıyır. Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının uğurlu icrası, insan kapitalının inkişafı, Türk dünyası ilə inteqrasiya əlaqələrinin dərinləşdirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması bizdən fasiləsiz və davamlı fəaliyyət tələb edir.
Cənab Prezident İlham Əliyevin qurultayda və ümumən dövlətçilik strategiyasında qarşıya qoyduğu bu fundamental hədəflər çərçivəsində, YAP cəmiyyətin avanqard qüvvəsi olaraq yeni imkanlar və geniş çərçivələr qazanır. Yeni Nizamnamə məhz bu siyasi, iqtisadi, sosial və mədəni vəzifələrin icrası üçün zəruri olan möhkəm institusional mühiti yaradır.
İqtisadi modernləşmə fonunda sosial-mədəni sahələrdə aparılan işlərin dəstəklənməsi, cəmiyyətdə sağlam dəyərlər sisteminin möhkəmləndirilməsi partiyanın ictimai missiyasının tərkib hissəsidir. Siyasi sabitliyin qorunması, digər ictimai-siyasi birliklərlə sağlam əməkdaşlıq və xarici əlaqələrin milli maraqlar çərçivəsində inkişaf etdirilməsi YAP-ın açıq siyasi dialoq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Əminəm ki, bu gün hamılıqla qəbul edəcəyimiz yeni Nizamnamə YAP-ın siyasi həyatında mühüm mərhələnin başlanğıcını qoymaqla, qanunvericiliyin tələblərinə uyğunluğu ilə hüquqi dayanıqlığı, dəqiqləşdirilmiş prosedurları ilə təşkilati səmərəliliyi, şəffaflıq və hesabatlılıq mexanizmləri ilə ictimai etimadı, rəhbərlik və idarəetmə prinsipləri ilə isə siyasi davamlılığı daha möhkəm təmin edəcəkdir. Ən başlıcası isə bu Nizamnamə qalib Azərbaycanın yeni inkişaf mərhələsində Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün daha müasir və çevik təşkilati və hüquqi əsaslar yaradacaqdır.
Nizamnamənin hüquqi yenilikləri qədər onun arxasında dayanan dərin siyasi məna da mühüm əhəmiyyət kəsb edir. Biz böyük bir siyasi yolun davamçılarıyıq. Ulu Öndər Heydər Əliyevin yaratdığı bu siyasi məktəb bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi məzmun qazanıb. Azərbaycanın bugünkü inkişafının, qüdrətinin və Zəfərinin arxasında məhz cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Ölkədəki digər ictimai-siyasi birliklərin və təşkilatların Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki aparıcı rolunu dəstəkləməsi məhz bu liderliyin və ümummilli həmrəyliyin bariz göstəricisidir. Cənab İlham Əliyevin partiyamıza rəhbərliyi isə birmənalı olaraq siyasi kursun ardıcıllığı, dövlətçilik xəttinin sabitliyi və strateji hədəflərin davamlı şəkildə həyata keçirilməsi üçün ən etibarlı təminatdır.
Bu baxımdan Yeni Nizamnamədə rəhbərlik institutunun tənzimlənməsi xalqın və partiyanın etimadını qazanmış siyasi rəhbərliyin davamlılığının təmin edilməsinin hüquqi təminatıdır.
Yeni Nizamnamə Partiyanın siyasi əməkdaşlıq imkanlarını da müasir mərhələnin tələblərinə uyğunlaşdırır. Digər siyasi partiyalar və birliklərlə əməkdaşlıq, siyasi ittifaqlarda iştirak, xarici siyasi partiyalar və ictimai birliklərlə əlaqələrin inkişaf etdirilməsi YAP-ın açıq siyasi dialoq və əməkdaşlıq prinsiplərinə sadiqliyini ifadə edir.
Eyni zamanda, bu münasibətlərin əsasında Azərbaycanın milli maraqları, dövlətçilik prinsipləri və siyasi sabitliyin qorunması dayanır. İndi biz bu strateji hədəflərə çatmaq yolunda varisliklə yenilənmənin, siyasi ənənə ilə müasir idarəetmənin vəhdəti kimi partiyamıza daha böyük çeviklik qazandıracaq bu Nizamnaməni qəbul etməklə YAP-ın qarşıdakı mərhələdə hansı idarəetmə mədəniyyəti və məsuliyyəti ilə fəaliyyət göstərəcəyini də bəyan edirik.
Əminəm ki, Heydər Əliyevin dövlətçilik məktəbi, İlham Əliyevin müasir liderlik modeli və üzvlərimizin sarsılmaz birliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da dayanıqlı inkişafımızın və milli həmrəyliyimizin əsas siyasi dayağı olacaqdır.
Qoy Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qalib Azərbaycanımızı yeni inkişaf yolunda daha böyük uğurlara aparsın!
Zəfərimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, Yeni Azərbaycan Partiyasının yeni uğurlar və yeni zəfərlər yolu isə daim açıq olsun!".

AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Oktyabr 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri