Icma.az
close
up
RU
Bahar Muradova: Vaşinqton görüşü İlham Əliyevin prinsipial liderliyini sübut etdi

Bahar Muradova: Vaşinqton görüşü İlham Əliyevin prinsipial liderliyini sübut etdi

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Vaşinqtonda keçirilən sülh görüşünün nəticələri tarixi hadisə kimi qiymətləndirilərək bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və ABŞ Prezidenti Donald Trampın diplomatik çəkisi regional və qlobal miqyasda dayanıqlı sülhün əsas zəmanətinə çevrilib. Qeyd olunub ki, əldə edilən razılaşma çoxtərəfli siyasi iradənin və liderlər arasında formalaşan qarşılıqlı anlayışın real nümunəsidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə əldə edilmiş Böyük Zəfər, dayanıqlı sülhün də qazanılması üçün əsasdır:

“Vaşinqton Sülh Platforması bu sülhün yalnız region üçün deyil, qlobal miqyasda da mühüm əhəmiyyət daşıdığını nümayiş etdirdi”.

Muradovanın sözlərinə görə, Vaşinqton görüşündə diqqətçəkən məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın bir sıra fundamental dəyərlərdə ortaq mövqedə olması idi:

“Hər iki lider ailə institutunu milli kimliyin və sosial dayanıqlığın əsas sütunu kimi görür. Onlar üçün ailə dəyərlərinin qorunması, gənclərin sağlam mühitdə yetişməsi və uşaq hüquqlarının təmin olunması, dövlətin gələcəyinə yönəlmiş strateji siyasətin ayrılmaz hissəsidir”.

“Trampın ailə institutunun güclənməsini və müharibələrin əleyhinə mövqeyi yüksək tutması, Əliyevin də siyasi prioritetləri ilə üst-üstə düşür. Hər iki lider anlayır ki, insan amilinin inkişafı, təhsildən sosial müdafiəyə qədər bütün sahələrdə ailənin güclənməsi ilə sıx bağlıdır. Azərbaycanın multikultural dəyərlərin qorunmasına, sosial rifahın artırılmasına və post-münaqişə dövründə ailələrin bərpasına verdiyi önəm, ABŞ-ın da dəstəklədiyi universal humanitar prinsiplərlə uyğunluq təşkil edir”, – deyə o əlavə edib.

Bahar Muradova bildirib ki, Qafqaz regionu tarixən böyük güclərin maraqlarının kəsişdiyi strateji məkandır:

“Burada davamlı sülhün yaradılması yalnız regional liderlərin deyil, həm də beynəlxalq tərəfdaşların aktiv əməkdaşlığını tələb edir. Vaşinqton görüşündə ortaya qoyulan ortaq mövqe, təhlükəsizlik arxitekturasının yalnız çoxtərəfli siyasi zəmanətlə möhkəmlənə biləcəyini göstərdi”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması perspektivi bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir:

“Layihə təkcə iqtisadi əlaqələri genişləndirməyəcək, həm də regionda sabitliyi gücləndirəcək. ABŞ-ın siyasi dəstəyi, dəhlizin qlobal ticarət xəritəsində strateji mövqeyə sahib olmasına şərait yaradacaq”.

“Diplomatik baxımdan Vaşinqtonda əldə olunan razılaşma, sülh prosesinin yalnız iki tərəfin deyil, çoxtərəfli siyasi iradənin məhsulu olduğunu bütün dünyaya nümayiş etdirdi. İlham Əliyevin qətiyyəti və Donald Trampın diplomatik çəkisi ‘lider-lider’ sinerjisinin nümunəsinə çevrildi. Bu, sülhün davamlılığı üçün yalnız region dövlətlərinin razılığının kifayət etmədiyini, qlobal güclərin də siyasi zəmanətinin vacibliyini göstərdi”, – Muradova vurğulayıb.

O qeyd edib ki, ABŞ-ın iştirakı Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa uyğun olduğunu və ədalətli sülhün təmininə yönəldiyini təsdiqlədi: “Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında strateji tərəqqi və insan kapitalının inkişafı prioritet təşkil edir. Vaşinqton razılaşması yalnız hərbi münaqişənin bitməsi deyil, həm də yeni iqtisadi imkanlar, texnoloji əməkdaşlıq və təhsil layihələri deməkdir”.

Muradova əlavə edib ki, ABŞ-ın texnoloji və innovativ potensialı ilə Azərbaycanın gənc və dinamik insan kapitalının sinerjisi, post-münaqişə dövründə ölkənin sürətli inkişafına təkan verəcək: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi, region gənclərinin əmək bazarına çıxış imkanlarını genişləndirəcək, yeni biznes və startap ekosistemlərinin yaranmasına şərait yaradacaq. Bu layihəyə verilən dəstək, onu təkcə iqtisadi deyil, həm də sülhün möhkəmləndirilməsinə yönəldilmiş qlobal təşəbbüs kimi dəyərləndirməyə imkan verir”.

“Vaşinqton görüşü Azərbaycanın müstəqil siyasətinin, İlham Əliyevin prinsipial liderliyinin və Donald Trampın diplomatik çəkisinin birləşərək, həm regional, həm də qlobal miqyasda sülhün bünövrəsini yaratdığını sübut etdi. Hazırda dayanıqlı sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir”, - deyə Bahar Muradova yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri