Icma.az
close
up
RU
Trampın paylaşımı İlham Əliyevin fikirlərinin qlobal səviyyədə rezonans doğurduğunu göstərir Bahar Muradova

Trampın paylaşımı İlham Əliyevin fikirlərinin qlobal səviyyədə rezonans doğurduğunu göstərir Bahar Muradova

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"2025-ci il iyulun 19-da Xankəndidə keçirilən “Şuşa Qlobal Media Forumu” çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq informasiya və media mühitində qlobal sabitlik və əxlaqi dəyərlərin qorunması sahəsində mühüm çağırış kimi qiymətləndirildi.

ABŞ Prezidenti Donald Trampın həmin çıxışdan paylaşım etməsi isə təsadüfi deyil – bu, onların çağdaş çağırışlara münasibətlərindəki ideoloji yaxınlığın və ortaq dəyərlərə əsaslanan siyasi yanaşmalarının bariz nümunəsidir".

Redaktor.az xəbər verir ki, bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova özünün feysbuk hesabında yazıb.

O, qeyd edib ki, Prezident İlham Əliyev çıxışında xüsusilə bu gün dünya miqyasında sülhün qorunması, müharibələrin qarşısının alınması və ailə institutunun təməllərinin sarsıdılmasına qarşı səylərin birləşdirilməsi istiqamətində ciddi mövqe sərgilədi:

"Bu fikirlər Donald Trampın da illərdir müdafiə etdiyi əsas prinsiplərlə tam uyğunluq təşkil edir. Tramp hər iki prezidentliyi dövründəki çıxışlarında daim güclü ailə modelinin, milli suverenliyin və silahlı qarşıdurmaların əleyhinə çıxış edib, beynəlxalq balansın sülh yolu ilə qorunmasının tərəfdarı olub.

Trampın rəsmi sosial media hesabında bu çıxışdan paylaşım etməsi isə İlham Əliyevin fikirlərinin yalnız regional deyil, həm də qlobal səviyyədə rezonans doğurduğunu göstərir.

Bu paylaşım həm də göstərir ki, Azərbaycan və (Tramp Administrasiyasında) ABŞ kimi dövlətlər ailə dəyərləri, milli suverenlik və informasiya təhlükəsizliyi sahəsində ortaq mövqedə dayanır.

Dünya dəyişir – informasiya texnologiyaları və süni intellekt əsrində siyasi liderlərin çağırışları sadəcə texnoloji yeniliklərlə ayaqlaşmaq cəhdlərindən ibarət deyildir. Bu ilk növbədə dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və münaqişələrin qarşısının alınması baxımından daha çox əhəmiyyət kəsb edir.

Məhz bu səbəbdən müharibə və işğala məruz qalaraq, onu öz gücünə aradan qaldırmağı bacaran müstəqil bir ölkənin Prezidenti İlham Əliyevin çağırışları və dünyada söz sahibi olan ABŞ kimi bir fövqəlgüc ölkənin Prezidenti Donald Trampın ona verdiyi dəstək təmsil etdikləri ölkələrin imkanlarına görə müqayisəyə gəlməyən iki ölkə liderinin həmrəyliyi deyil, həm də düzgün yolda olduqlarının təsdiqidir".

B.Muradovanın fikrincə, bu həmrəylik göstərir ki, dünya siyasətində yenidən insanı, ailəni və sülhü mərkəzə alan liderlik modeli formalaşır – və bu modelin irəli aparılmasının önündə duran liderlərdən biri heç şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyev, digəri isə ABŞ Prezidenti Donald Trampdır.

"Son iki gün ərzində ilk mövbədə müharibələrin dayandırılması və bizim gündəlik fəaliyyət sferamıza dair məsələlərə əhəmiyyətli dəstək göstərdiklərinə və bu barədəki açıqlamalarına görə hər iki Prezidentə dərin təşəkkürümü bildirirəm!", - deyə komitə sədri sözlərini yekunlaşdırıb.

T.İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri