Icma.az
close
up
RU
Bahar Muradovanın Hikmət Babaoğlu boyda SƏHVİ KONKRET

Bahar Muradovanın Hikmət Babaoğlu boyda SƏHVİ KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həşəmətli Bahar xanımdan yeni “təyinat”

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova bir daha “dəqiqliyə və diqqətə” olan özünəməxsus yanaşmasını nümayiş etdirdi. Tədbirin adı gurultuludur: “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər.” Amma görünür, “çağırış” elə tədbirin özündə başlayıb.

KONKRET.az xəbər verir ki, tədbirin proqramında qonaqların siyahısında belə bir təqdimat yer alıb: “Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru”.

Bir anlıq düşünürsən ki, bəlkə tarix geri qayıdıb, qəzetin baş redaktoru yenidən Babaoğludur? Amma yox, bu, nə “retro yubiley”dir, nə də “nostalji səhv”. Bu, sadəcə, Bahar xanımın rəhbərlik etdiyi tədbirin səviyyəsini göstərən bir detal.

Axı Bahar Muradova uzun illərdir dövlət idarəçiliyindədir. Diplomatik zəriflik, idarəetmə təcrübəsi, siyasi mədəniyyət – bütün bunlar onun bioqrafiyasında var. Amma görünür, “dəqiqlik” bəndi orada unudulub.
Çünki “Yeni Azərbaycan” qəzetinin hazırkı baş redaktoru kimdir — bunu bilmək üçün elə bir “strateji araşdırma qrupu” da lazım deyil. Onun özü çox yaxşı bilir cavabını.

Bəlkə də məqsəd sadəcə “texniki səhv” deyə adlandırılacaq bir laqeydlik deyil. Ola bilər ki, bu, “təyinatla mesaj” üsuludur. Yəni Bahar xanım öz “səhv”i ilə kimlərisə yada salır, kimlərəsə “yerini” göstərir. Axı bizim idarəçilik mədəniyyətində bəzən bir səhv cümlə yüz cildlik nitqdən daha çox şey deyir.

Əgər bu sadəcə diqqətsizlikdirsə, deməli, tədbirin ruhuna yaraşmayan ciddiyyətsizlik baş verib.

Əgər bu qəsdən edilmiş bir jestdirsə, deməli, Bahar xanım “mətbuat tarixi”nə bir növ “meta-ironiya” qatmaq istəyib: 150 illik yubiley tədbirində hələ də köhnə adların təkrarı.

Bir daha sübut olunur ki, bizdə bəzi “təyinatlar” və ya təqdimatlar sadəcə adlardan ibarət deyil. Onlar həm də düşüncə tərzinin göstəricisidir.

Odur ki, Bahar xanımın bu təqdimat səhvi bəlkə də təsadüfi deyil. Bəlkə də bu, onun “öz təyinatıdır” – yəni kiminsə köhnə titulu ilə bu günün media mənzərəsini göstərmək istəyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri