Icma.az
close
up
RU
İran diplomatik etikanı gözləmir Hikmət Babaoğlu

İran diplomatik etikanı gözləmir Hikmət Babaoğlu

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Azərbaycanla bağlı manipulyativ açıqlamalarına daha biri əlavə olunub. Rəsmi Tehran iddia edir ki, Azərbaycanda saxlanılan iranlı məhbuslara qarşı normal davranılmır, onların bəziləri əsassız yerə saxlanılıb. 


İranın bu cür açıqlamalar verməsinə münasibət bildirən deputat Hikmət Babaoğlu Sfera.az-a bildirdi ki, İranın Azərbaycana münasibətdə beynəlxalq hüquqa və diplomatik normalara uyğun davranmaması artıq adi hal alıb.

Onun sözlərinə görə, İranın xüsusilə Azərbaycanla və onun daxili məsələləri ilə bağlı verdiyi bəyanatların əksəriyyəti ölkənin dövlət imicinə zərbə vurmaq məqsədi daşıyır:

“Bu bəyanatlar eyni zamanda İranda yaşayan azərbaycanlıların gözündə Azərbaycan dövlətinə qarşı mənfi rəy formalaşdırmaq məqsədi daşıyır. Bu isə olduqca etikadan uzaq, qeyri-peşəkar və zərərli diplomatik yanaşmadır”.

Deputat İran tərəfinin Azərbaycanın həbsxanalarında saxlanılan İran vətəndaşları ilə bağlı səsləndirdiyi fikirləri isə əsassız, qeyri-ciddi və heç bir yaxşı niyyətə xidmət etməyən bəyanatlar kimi dəyərləndirib. H. Babaoğlu vurğulayıb ki, Azərbaycan dövləti hər zaman törətdikləri əmələ görə məhkum olunmuş şəxslərə qarşı humanist mövqe nümayiş etdirib. O, dəfələrlə Azərbaycan Prezidenti tərəfindən əfv olunmuş xarici vətəndaşların, o cümlədən İran və Pakistan vətəndaşlarının azadlığa buraxılması mərasimlərində iştirak etdiyini bildirib:

“İnsan Hüquqları Komitəsinin üzvü kimi bu proseslərdə iştirak etmişəm və həmin şəxslərin Azərbaycan dövlətinə və rəhbərliyinə minnətdarlıqla yanaşdıqlarının şahidi olmuşam”.

Həmçinin o əlavə edib ki, Azərbaycanın həbsxanalarında guya qanunsuzluqların baş verdiyi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir və məqsədli şəkildə manipulyasiya xarakteri daşıyır. Onun sözlərinə görə, əslində reallıqda tam əksi müşahidə olunur:

“İranda haqlı və ya haqsız şəkildə həbs edilən Azərbaycan vətəndaşlarına qarşı baş verən hüquq pozuntuları, məhkəməsiz saxlanılmalar, işgəncə halları və digər qanunsuz təzyiqlər kifayət qədər sənədləşdirilib. İranın xüsusi xidmət orqanları bəzi azərbaycanlıları öz ölkələri əleyhinə casusluğa cəlb etməyə çalışıb və bu zaman işgəncələr tətbiq olunub. İran bu halları gizlətməyə çalışır və əksinə, bütün məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır. Lakin İran azərbaycanlıları da yaxşı bilirlər ki, Azərbaycan dövləti humanist və hüquqa əsaslanan siyasət yürüdür”.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri