Icma.az
close
up
RU
“Rusiyanın aqressivləşməsi bununla bağlıdır” Hikmət Babaoğlu

“Rusiyanın aqressivləşməsi bununla bağlıdır” Hikmət Babaoğlu

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Son zamanlar Rusiya ilə Azərbaycan arasında münasibətlərdə nəzərəçarpacaq dərəcədə soyuqluq müşahidə olunur. Azərbaycan tərəfinin verdiyi açıq mesajlara baxmayaraq, Moskva münasibətləri əvvəlki müstəviyə qaytarmaq üçün ciddi addımlar atmır. Bu vəziyyət Rusiyanın məqsədyönlü siyasət yürütməsi ehtimalını gücləndirir.


Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Rusiya Azərbaycanla münasibətlərdə haqsız və hüquqsuz davranır:
“Rusiya bilir ki, iki ölkə arasında yaranan gərginliyin əsas səbəbkarı özüdür.

Azərbaycan təyyarəsini vuran Rusiyadır, Azərbaycan vətəndaşlarına qarşı haqsız cəza tədbirləri həyata keçirən, onların milli hisslərini təhqir edən hərəkətlərin müəllifi də Rusiyadır. Rəsmi Moskva bu həqiqətləri özü də anlayır və bu səbəbdən daha da aqressivləşir”.


Deputatın sözlərinə görə, Rusiyanın aqressiyası əslində haqsızlığını etiraf etməsinin göstəricisidir.

“O, zorakılıq yolu ilə hansısa nəticə əldə etməyə və bu yolla öz davranışlarını əsaslandırmağa çalışır. Amma bu mümkün deyil. Ola bilsin ki, 30 il əvvəl, yaxud 5 il öncə Rusiya bu yanaşma ilə nəyəsə nail ola bilərdi. O dövrdə Rusiyanın əlində “Qarabağ kartı” var idi. Amma bu gün artıq həmin kart yoxdur və Rusiya Azərbaycana heç nəyi qəbul etdirə bilməz”, – deyə deputat bildirib.


Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan prezidenti bu vəziyyəti “qeyri-məhsuldar və qeyri-səmərəli mövqe” adlandırmaqla haqlı və yerində bir mövqe ortaya qoyub. O əlavə edib ki, Rusiyada hələ də Azərbaycanla real münasibətlərin önəmini dərk edən, iki ölkənin bir-birinə olan ehtiyacını anlayan siyasətçilər var və onlar vəziyyətin tamamilə çıxılmaz hala gəlməsinə imkan verməmək üçün müəyyən rol oynayırlar:

“Sərhədlərimizdə və siyasi münasibətlərdə gərginlik hələ kulminasiya nöqtəsinə çatmayıb. Geri dönüş imkanları hələ var. Əks təqdirdə, itirən tərəf Rusiya olacaq”.

Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri