Icma.az
close
up
RU
“Bahar yorğunluğu” sindromunu aradan qaldırmaq üçün bunları edin Həkimdən MƏSLƏHƏT

“Bahar yorğunluğu” sindromunu aradan qaldırmaq üçün bunları edin Həkimdən MƏSLƏHƏT

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsan orqanizmi ətraf mühitdə baş verən dəyişikliklərə olduqca həssasdır. Xüsusilə fəsil keçidləri zamanı hormon səviyyələrində və maddələr mübadiləsində müəyyən dəyişikliklər müşahidə olunur. Yaz fəslinin gəlişi ilə bir çox insanda müşahidə olunan ümumi halsızlıq, yuxu pozuntuları və emosional dəyişikliklər baş verir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-terapevt Müşfiq Əsgərov bildirdi ki, havaların istiləşməsi və təbiətin oyanışı əhvalımızı yaxşılaşdırsa da, bəzi insanlarda narahatlıq yaradır:

"Mart ayının əvvəllərindən başlayaraq halsızlıq, yorğunluq, yuxusuzluq, depressiya kimi əlamətlərdən şikayət edən insanlar az deyil. Buna “Bahar yorğunluğu” sindromu deyilir.
Bu sindromun əsas səbəbləri fəsil dəyişikliyi ilə əlaqədar olaraq orqanizmdə baş verən hormonal dəyişikliklər, anemiya, dəmir, fol turşusu, vitamin B12, vitamin D, maqnezium, kalsium, natrium çatışmazlığı ola bilər. Bu səbəblərin təsirindən əsəbilik, halsızlıq, yorğunluq, işə laqeyd yanaşma, evdən çölə çıxmaq istəyi olmaması, depressiya, özünə diqqətin azalması kimi əlamətlər əmələ gəlir".

Terapevt qeyd etdi ki, “Bahar yorğunluğu” sindromunu aradan qaldırmaq üçün idmanla məşğul olmaq, təmiz havada çox gəzmək, sevdiyi məşğuliyyətlə davamlı məşğul olmaq, dostlarla çox vaxt keçirmək, çoxlu maye qəbul etmək, meyvə-tərəvəzdən bol istifadə etmək lazımdır. 

"Bunlardan əlavə, lazım gələrsə, bu sindromun səbəbini araşdırmaq və müalicə olunmaq üçün həkimə müraciət etmək vacibdir", - deyə Müşfiq Əsgərov bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri