Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Bahəddin Həzi: Mən tənhalığımdan məmnunam MÜSAHİBƏ

Bahəddin Həzi: Mən tənhalığımdan məmnunam MÜSAHİBƏ

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Jurnalist, yazıçı-publisist, "bizimyol.info" saytının təsisçisi və baş direktoru Bahəddin HəziBakıvaxtı.az-a müsahibə verib.

Əməkdar jurnalistlə söhbəti təqdim edirik.

Qaçhaqaç jurnalistikası medianın indiki simasıdır

- 60 illik ömrünüzün yarıdan çoxunu jurnalistikaya həsr etmisiniz...

- Hərdən mənə elə gəlir ki, hamısını jurnalistikaya həsr etmişəm.

- Altmış illik bu yol Sizə nə öyrətdi?

- Vaxtından qabaq böyüməyi öyrətdi. Bir də bir az qələm tutmağı da öyrəndim. Orta məktəbin birinci sinfində rəhmətlik Rəna müəlliməm ilk dəfə mənə öyrətdi ki, qələmi necə tutmaq lazımdır. O gün yazmağı öyrənməyə - həyata başladığım gündür.

- Zamanla jurnalistikada nə kimi dəyişikliklər müşahidə etmisiniz?

- Zaman dəyişir, əlbəttə. Yaş keçdikcə, insanın üzü də qırışır, gözünün işığı da azalır, dizinin taqəti tükənir. Ancaq onu övladları, nəvələri, nəticələri, kötükcələri əvəz edir. Köhnə nəsil bitməmiş yeni nəsil başlayır.

Mediada da yeni trendlər, yeni üslublar, yeni yanaşmalar meydana gəlir. Vaxt vardı, rəy jurnalistikası - şərhlər, təhlillər, müsahibələr, reportajlar trenddə idi, indi daha çox xəbər qovğası yaşanır. Saniyələr üzərində rəqabət var; xəbəri birinci kim yazacaq və yayacaq deyə yarış var. Qaçhaqaç jurnalistikası medianın indiki simasıdır artıq. Yaxşıdır, ya pisdir, bu, mürəkkəb sualdır. Mürəkkəb sualların isə sadə cavabı olmur. Yaxşı olan odur ki, yeni talantlı nəsil gəlir.

6 dəfə istintaq altında olmuşam, 2 dəfə ölümdən dönmüşəm. Hamısı da jurnalistika fəaliyyətimlə bağlı olub

- Yazar üçün yazdığı bütün yazılar, rəssam üçün bütün çəkdikləri, müğənni, aktyor üçün oxuduqlarının hamısı, oynadığı bütün rollar əzizdi. Amma onların sırasında hansısa biri, belə deyək, daha əzizdi. Siz hansı yazınızı və ya reportajınızı ən uğurlu hesab edirsiniz?

- Mən bu altmış ildə 6 dəfə istintaq altında olmuşam. İki dəfə ölümdən dönmüşəm. Hamısı da jurnalistika fəaliyyətimlə bağlı olub. Yəqin ki məni ölümün və eşefotun hüzuruna gətirən yazılar hədəfə dəyən işlər olub. Bu mənada onları uğurlu saymaq olar.

Uilyam Folkner deyirdi: "Ən uğurlu əsərim "Hay-küy və qəzəb" romanımdır. Çünki ən çox bu romana görə hücumlara məruz qalmışam".

Folkner olmasam da, mən də öz çapımda belə tale yaşamışam. Bu məhrumiyyətləri yaşadan yazılarım mənə daha əzizdir. Amma son vaxtlar bədii yazılar arasında "Həyatımın ölümcül həqiqətləri" avtobioqrafik povestimi, "Qutu", "Ortalıq" hekayələrimi, eləcə də, bədii esselərimin bir çoxunu deyərdim. Onların arasında xüsusilə "Ştaynhof klinikası"nın küskün pasiyentləri", "Düşməncəsinə sevgi, sublimasiyalı aqressiya", "Yazıq xoşbəxt", "Slavyan gözəlinin diktaturası", "Fotogenom", "İlahi dəqiqliklə", "Uğur mələyi, incə sənət əsəri" və başqa esselər var. Məncə, babat alınıb. Zamanında müharibə reportajlarım, kürü qaçaqmalçılığı ilə bağlı araçdırmalarım və sair çox doğmadır mənə.

- Jurnalist fəaliyyətiniz keşməkeşli dövrə təsadüf edib. Qarşılaşdığınız ən çətin an nə olub?

- Ən çətin anlarım çox olub. Bilmirəm hansını deyim. Bəzilərini xatırlatdım. Dəfələrlə həbs təhlükəsi yaşamışam. Bundan başqa Qarabağ müharibəsinin birinci fazasında gedən döyüşlər zamanı ön cəbhəyə gedirdim, orda dəfələrlə çətin situasiyalar olub. Hətta bir dəfə mühasirəyə düşmüşəm. Amma ən ağır hadisə 2006-cı ilin mayında olmuşdu; həyatıma sui-qəsd edilmişdi. Mən real ölümdən qayıtdım, ikinci dəfə dünyaya gəldim. Ancaq bunlara mən fəlsəfi yanaşıram.

Artur Şopenhauer deyirdi: "Allah insanları bu dünyaya göndərəndə onları xoşbəxt edəcəyini vəd etməmişdi". Jurnalistikaya gələndə biz həyatımızın firavan və işimizin təhlükəsiz olacağına təminat almamışdıq. Heç kimi məni bu sənəti seçməyə məcbur etməyib axı. Könüllü gəlmişəm. Yəni könül verib gəlmişəm. Heç kimə minnət qoymalı deyiləm, özümdən qəhrəman düzəltməyimə əsasım da yoxdur, ehtiyacım da. Heç belə istəklərim də olmayıb. Qələm dostumuz, talantlı yazıçı-publisist Natiq Məmmədlinin ifadəsi ilə desəm, biz Sözün fəhləsiyik. Bundan başqa bir statusumuz da yoxdur. Özü yıxılan ağlamaz. Bir də ki bizim sənətimiz heç də başqalarından çox təhlükəli də deyir. Bəs səngərdə hər saniyə ölümlə üz-üzə, göz-gözə dayanan əsgər, zabit neynəsin?! Biz onlardan artıq deyilik ki. İşimizo görüb, maaşımızı, qonorarımızı almışıq. O qədər.

Gənc jurnalistlər "telefon jurnalistikası" girdabına düşüblər

- Gənc jurnalistlərə nə tövsiyə edərdiniz?

- Çox oxumaq, çox yazmaq. Dil öyrənmək. Amma ən birinci Azərbaycan türkcəsini öyrənmək lazımdır. Biz dilin hadisəsiyik. Öz dilimiz ölsə, biz ondan da qabaq yox olacağıq. Nitq kurslarına getsinlər, səlis danışmağı, özünü aydın və dolğun ifadə etməyi öyrənmək lazımdır. Çox kitab oxumaq və dayanmadan yazmaq lazımdır. Kitab həm dili cilalayır, söz ehtiyatını artırır, məntiqi möhkəmləndirir, ağlı çevikləşdirir, insanın düşüncə mühərrikini, qavrayış antenlərini həmişə işlək saxlayır, müşahidə qabiliyyətini yüksəldir.

Gənc jurnalistlər işin tələbinə uyğun olaraq "telefon jurnalistikası" girdabına düşüblər. Hər gün bəlli sayda xəbər, açıqlama yazırlar. Bəzən heç düşünməyə zaman və enerji qalmır. Bunları bilirəm. Çünki yaşamışam, görmüşəm, yenə də görürəm. Ancaq gənclər öz yaradıcı profilini, öz imzasını yaratmalıdır. Öz yazıları, ürəkləri istədiyi janrda, üslubda və həcmdə yazılar yazmağı öyrənsinlər. Uğursuzluqdan qorxmasınlar. Bütün böyük uğurların birinci müəllimi uğursuzluqlar olub. Heç nə birdən-birə yaranmayıb. Heç kim qəfildən peşəkar olmayıb. Bunu zamanla, çalışaraq qazanır insan. Müsahibəyə gedərkən həmsöhbəti dərindən araşdırmaq, reportaja gedəndə çox müşahidə aparmaq, çox adamla danışmaq, çox soruşmaq lazımdır. Bir də çoxlu şeir oxumaq gərək. Şeir ruhu tərpədir, obrazlı düşüncə tərzi, obrazlı təhkiyə formalaşdırır.

- Söz nə vaxt dəyərdən düşür?

- Yersiz işlədiləndə, bir də eşidilməyəndə.

Jurnalistika keçmişin əksi, indinin rəsmi olmaqla yanaşı gələcəyin sənətidir

- Medianın ictimai fikrə təsiri sizcə, indi necədir?

- Medianın ictimai fikrə təsiri hələ də çox yüksəkdir. Amma baxır hansı meduanın, kimin hansı sözü.

- Jurnalistikanın gələcəyi haqqında bə fikirləşirsiniz?

- Jurnalistika keçmişin əksi, indinin rəsmi olmaqla yanaşı gələcəyin sənətidir. İnsan cəmiyyəti, ictimai konflikt situasiyaları, ictimai inkişaf varsa, jurnalistika da olacaq.

- Sizə görə qəzet jurnalistikası, yoxsa?...

- Mənə görə qəzet jurnalistikası daha doğmadır. Çünki mətn həmişə hər yerdə, hər şeyin əsasında dayanır.

Mətndən qopsaq, axırımız yoxdur

- Ədəbi mühitdə vəziyyət necədi? Nə yazırsınız?

- Ədəbi mühit qarışıqdır. Mən də qarışıq yerdən uzaq gəzirəm. Ədəbi yaradıcılıq fərdi yaradıcılıqdır - yaradıcı tənhalıqdır. Ona görə çox da qaynayıb-qarışa bilmirəm. Bəlkə də mən səhv edirəm. Ancaq mən öz tənhalığımdan məmnunam. Yeni yazılar yazıram. Hazırda son esselərimi bir kitab halına salmışam. Çapa vermişəm, yaxınlarda oxucularıma təqdim edəcəm. Ömrüm və gücüm çatsa, qarşıdakı dönəmdə iri həcmli bir bədii əsər yazmaq istəyirəm. Qismət olsa və bacarsam.

- Oxucu “niyə Bahəddin Həzini oxumalıyam ki” sualını versə, cavabınız nə olar?

- Heç olmasa, oxusun, görsün, adını eşitdiyi bu adam kimdir, kimin üçün yazır? Nə yazır? Çox yox, bir-iki cümlə, lap vaxtı varsa, bir-iki esse oxusun, xoşuna gəlməsə, bu adamın adını unutmağa çalışsın. Tək Bahəddin Həzidən söhbət getmir, başqalarını oxusun. Yetər ki oxusun. Mətndən qopsaq, axırımız yoxdur. Nə olsun ki, əvvəlimiz var.

Murad Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri