Baker Hughes” şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 14 noyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “Baker Hughes” şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirib ki, görüşdə şirkətlə birgə fəaliyyət çərçivəsində həyata keçirilən layihələr, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlığın artırılması üzrə əməkdaşlıq nəzərdən keçirilib. Dayanıqlı biznes həlləri, emissiyaların azaldılmasına yönəlmiş fəaliyyət və dekarbonizasiya istiqamətində tərəfdaşlıq məsələlərinə toxunulub.
Tərəflər yaşıl enerji sahəsində ölkəmizin zəngin potensialından səmərəli istifadənin, iqlim fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilinin və bərpaolunan enerjiyə investisiyaların artırılmasının əhəmiyyətini vurğulayıblar. Enerji keçidinin təşviqi və bu xüsusda şirkətin ölkəmizin yaşıl gələcəyinə verə biləcəyi töhfələr, həmçinin SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















