Icma.az
close
up
RU
Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya dekarbonizasiyasında liderliyini nümayiş etdirir

Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya dekarbonizasiyasında liderliyini nümayiş etdirir

Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.

"Operativ Media" bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Aeroporta karbon emissiyalarının azaldılması üzrə əldə etdiyi irəliləyişlərə görə Hava Limanları Karbon Akreditasiyası (ACA) proqramının 2-ci səviyyə "Azaltma" sertifikatı təqdim olunub.

“Biz ətraf mühitin mühafizəsini yalnız strateji məqsəd deyil, eyni zamanda gələcək nəsillər qarşısında mühüm bir məsuliyyət kimi görürük. Bu nailiyyət bizi daha irəli addım atmağa, “Optimallaşdırma” səviyyəsinə çatmağa və davamlı inkişaf sahəsində daha müasir texnologiyaları və yenilikçi təşəbbüsləri tətbiq etməyə ruhlandırır. Bu uğur yalnız Heydər Əliyev Beynəlxalq Aeroportunun deyil, ümumilikdə Azərbaycanın davamlı inkişaf prinsiplərinə sadiqliyinin göstəricisidir. Aviasiyada ekoloji məsuliyyət artıq seçim deyil, müasir dövrün tələbidir,” - deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev vurğulayıb.

ACI EUROPE-un baş direktoru Olivye Yankovets çıxışında bildirib: "600-dən çox hava limanının akkreditasiyadan keçməsi hava limanı əməliyyatlarının tam dekarbonizasiyası istiqamətində əldə olunan növbəti mühüm nailiyyətdir. Bu, hava limanlarının dayanıqlılığı öz fəaliyyətlərinin əsas prioritetinə çevirdiyinin və hər il milyonlarla ton karbon emissiyasını əhəmiyyətli dərəcədə azaltdığının bariz nümunəsidir. Azərbaycanın paytaxt hava limanını iqlim fəaliyyət icmamıza qoşulması və alt-regionda öncül rol oynaması münasibətilə təbrik edirəm".

Tədbirdə ACI World-un baş icraçı direktoru Castin Erbaçi və Hava Nəqliyyatı üzrə Fəaliyyət Qrupunun (ATAG) baş icraçı direktoru Haldan Dodun iştirakı ilə “Aviasiyanın dekarbonizasiyası və Qlobal Çərçivə: Cari Vəziyyət və Perspektivlər” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində sənaye liderləri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas çağırışları və imkanları müzakirə edib, əməkdaşlığın və innovativ texnologiyaların tətbiqinin vacibliyini vurğulayıblar.

"COP29 tədbiri çərçivəsində hava limanlarının iqlim fəaliyyətinə olan sadiqliyi bir daha nümayiş olundu. İqlim tədbirləri üçün mürəkkəb siyasi mənzərə fonunda, 2050-ci ilə qədər sıfır karbon emissiyasına çatmaq məqsədimizi kollektiv şəkildə bir daha təsdiqləmək vacibdir. Aviasiya cəmiyyətimizə və iqtisadiyyatımıza böyük faydalar gətirir. Hava limanları və onların tərəfdaşları karbon izi ilə mübarizə apararkən, aviasiyanın rifahı təşviq etməkdə və iqlim təsirlərinə qarşı dayanıqlığı artırmaqda olan unikal rolunu qoruyub saxlamalıdırlar. Biz bütün dünyadakı dövlətlərin ICAO-nun uzunmüddətli məqsədinə nail olunmasını dəstəkləyəcək çərçivələr təqdim edəcəyini səbirsizliklə gözləyirik”,- deyə Castin Erbaçi çıxışında vurğulayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın ekoloji məqsədlərinə dəstək olaraq karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində innovativ həllərin tətbiqini öz prioritet məqsədlərindən biri kimi müəyyən edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 20 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri