Icma.az
close
up
RU
Bakı aeroportu COP29da aviasiya dekarbonizasiyasında liderliyini nümayiş etdirir FOTOLAR

Bakı aeroportu COP29da aviasiya dekarbonizasiyasında liderliyini nümayiş etdirir FOTOLAR

Icma.az, Gununsesi saytına istinadən bildirir.

COP29 iqlim konfransı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu və Avropa Beynəlxalq Hava Limanları Şurasının (ACI EUROPE) birgə təşkil etdiyi xüsusi tədbirdə qlobal hava limanı sənayesi dekarbonizasiya istiqamətində sürətlənmiş səylərini bir daha nümayiş etdirilib.

Gununsesi.info xəbər verir ki, bu haqda Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Heydər Əliyev Beynəlxalq Aeroportuna karbon emissiyalarının azaldılması üzrə əldə etdiyi irəliləyişlərə görə Hava Limanları Karbon Akreditasiyası (ACA) proqramının 2-ci səviyyə “Azaltma” sertifikatı təqdim olunub.

“Biz ətraf mühitin mühafizəsini yalnız strateji məqsəd deyil, eyni zamanda gələcək nəsillər qarşısında mühüm bir məsuliyyət kimi görürük. Bu nailiyyət bizi daha irəli addım atmağa, “Optimallaşdırma” səviyyəsinə çatmağa və davamlı inkişaf sahəsində daha müasir texnologiyaları və yenilikçi təşəbbüsləri tətbiq etməyə ruhlandırır. Bu uğur yalnız Heydər Əliyev Beynəlxalq Aeroportunun deyil, ümumilikdə Azərbaycanın davamlı inkişaf prinsiplərinə sadiqliyinin göstəricisidir. Aviasiyada ekoloji məsuliyyət artıq seçim deyil, müasir dövrün tələbidir”, – deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev vurğulayıb.

ACI EUROPE-un baş direktoru Olivye Yankovets çıxışında bildirib: “600-dən çox hava limanının akkreditasiyadan keçməsi hava limanı əməliyyatlarının tam dekarbonizasiyası istiqamətində əldə olunan növbəti mühüm nailiyyətdir. Bu, hava limanlarının dayanıqlılığı öz fəaliyyətlərinin əsas prioritetinə çevirdiyinin və hər il milyonlarla ton karbon emissiyasını əhəmiyyətli dərəcədə azaltdığının bariz nümunəsidir. Azərbaycanın paytaxt hava limanını iqlim fəaliyyət icmamıza qoşulması və alt-regionda öncül rol oynaması münasibətilə təbrik edirəm”.

Tədbirdə ACI World-un baş icraçı direktoru Castin Erbaçi və Hava Nəqliyyatı üzrə Fəaliyyət Qrupunun  (ATAG) baş icraçı direktoru Haldan Dodun iştirakı ilə “Aviasiyanın dekarbonizasiyası və Qlobal Çərçivə: Cari Vəziyyət və Perspektivlər” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində sənaye liderləri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas çağırışları və imkanları müzakirə edib, əməkdaşlığın və innovativ texnologiyaların tətbiqinin vacibliyini vurğulayıblar.

“COP29 tədbiri çərçivəsində hava limanlarının iqlim fəaliyyətinə olan sadiqliyi bir daha nümayiş olundu. İqlim tədbirləri üçün mürəkkəb siyasi mənzərə fonunda, 2050-ci ilə qədər sıfır karbon emissiyasına çatmaq məqsədimizi kollektiv şəkildə bir daha təsdiqləmək vacibdir. Aviasiya cəmiyyətimizə və iqtisadiyyatımıza böyük faydalar gətirir. Hava limanları və onların tərəfdaşları karbon izi ilə mübarizə apararkən, aviasiyanın rifahı təşviq etməkdə və iqlim təsirlərinə qarşı dayanıqlığı artırmaqda olan unikal rolunu qoruyub saxlamalıdırlar. Biz bütün dünyadakı dövlətlərin ICAO-nun uzunmüddətli məqsədinə nail olunmasını dəstəkləyəcək çərçivələr təqdim edəcəyini səbirsizliklə gözləyirik”,- deyə Castin Erbaçi çıxışında vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın ekoloji məqsədlərinə dəstək olaraq karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində innovativ həllərin tətbiqini öz prioritet məqsədlərindən biri kimi müəyyən edib.

Gununsesi.info




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see119

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri