Bakı aeroportu və Uzbekistan Airports əməkdaşlığı genişləndirir
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu və "Uzbekistan Airports" şirkəti infrastrukturun modernləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində birgə işi gücləndirib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Uzbekistan Airports" məlumat yayıb. Daşkənddə keçirilən Beynəlxalq Aviasiya-Logistika Forumu çərçivəsində şirkətin İdarə Heyətinin sədri Javlonbek Umarxocayevlə Bakı aeroportunun direktoru Teymur Həsənov arasında danışıqlar aparılıb. "Tərəflər iki ölkənin hava limanlarının infrastrukturunun modernləşdirilməsi, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin artırılmasına yönəlmiş ekoloji, enerji qənaətli və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində aparılan genişmiqyaslı işləri müzakirə ediblər. Qeyd edilib ki, hava limanlarının inkişafı nəqliyyat sisteminin davamlı artım strategiyasının ayrılmaz hissəsidir və Özbəkistanla Azərbaycanın tranzit potensialının gücləndirilməsində mühüm rol oynayır", - məlumatda deyilir. Bildirilib ki, Bakıda səfərdə olan "Uzbekistan Airports"un nümayəndə heyəti gələcəkdə Özbəkistanda tətbiq etmək üçün hava limanının işinin təşkilini və infrastruktur həllərini öyrənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 14 Noyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















