Bakı aeroportunda əməliyyat...
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısı alınıb.
Belə ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının əl yüklərinə gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı iki şəxsə məxsus üç çamadandan gömrük orqanına bəyan edilməyən 54 ədəd "Apple" markalı saat və 15 ədəd "iPad" markalı planşet aşkar edilib.
Hər iki şəxs çamadanları Bakıda təhvil vermək üçün xarici ölkənin hava limanında götürdüklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Sentyabr 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















