Icma.az
close
up
RU
Bakı aeroportunda strateji qərar: hava limanı üçün yeni mərhələ başlayır

Bakı aeroportunda strateji qərar: hava limanı üçün yeni mərhələ başlayır

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda uzunmüddətli perspektivdə əsas strateji həll yeni terminalın inşasıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Aeroportundan bildirilib.

Qeyd edilib ki, yaxın illər üçün əsas məqsəd hava limanının mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır:

“Bu çərçivədə terminal daxilində proseslərin optimallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması, sərhəd və təhlükəsizlik nəzarətində yeni texnoloji həllərin geniş tətbiqi, sərnişin axınının daha düzgün idarə olunması və pik saatların balanslaşdırılması nəzərdə tutulur. Eyni zamanda müəyyən infrastruktur genişləndirmələri və funksional dəyişikliklər hesabına mövcud terminalın faktiki buraxılış qabiliyyətinin artırılması planlaşdırılır”.

Məlumata əsasən, yeni terminal inşa edildikdən sonra hava limanının ümumi buraxılış qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılması planlaşdırılır: “Beləliklə, yanaşma ikimərhələlidir: əvvəlcə mövcud resursların maksimum effektiv istifadəsi və optimallaşdırma yolu ilə həcmin artırılması, daha sonra isə yeni terminal binası hesabına uzunmüddətli və dayanıqlı inkişafın təmin edilməsi”.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 terminal fəaliyyət göstərir. Terminallar beynəlxalq və yerli uçuşlarla səyahət edən bütün sərnişinlərə lazım olan bütün xidmətləri təqdim edir.

İl ərzində hava limanından 40 xarici aviaşirkət tərəfindən 75 beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirilib. Ən çox seçilən istiqamətlər İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub.

Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu üzərindən tranzit daşınan sərnişinlərin sayı 974 mindən çox olub. Bu da 2024-cü ildə qeydə alınan 750 min göstərici ilə müqayisədə təxminən 30 % artım deməkdir.

2025-ci ildə Bakı Aeroportunda 7,64 milyondan çox sərnişinə xidmət göstərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Fevral 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri