Icma.az
close
up
RU
Bakı üçün vacib qərar: yeni proses başlayır Gələn həftədən...

Bakı üçün vacib qərar: yeni proses başlayır Gələn həftədən...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tədris mövsümünün başlanması ilə Bakıda ictimai nəqliyyata tələbatın artacağı gözlənilir. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də (AYNA) 2300-dən çox avtobusun xəttə çıxarılacağını bildirib. Lakin sözügedən addımın effektivliyi sual altndadır.

Belə addımlar paytaxtdakı sıxlığı aradan qaldıracaqmı, yoxsa yeni tıxac mövsümünün başlanğıcı olacaq? 2300 avtobus Bakının nəqliyyat ehtiyacını ödəməyə kifayət edirmi?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, 2024-cü ilin bu dövründə Bakıda marşrut xətlərinə ümumilikdə 2180 avtobus buraxılıb:

“Yanlış olaraq belə düşünülür ki, AYNA ölkəyə əlavə 2300 yeni avtobus gətirir. Əslində isə söhbət ümumi saydan gedir, yəni ötən il bu rəqəm 2180 idisə, indi ümumi göstərici 2300 olacaq. Bu da 120 avtobus artımı deməkdir. Lakin belə addımlar sərnişin sıxlığını aradan qaldırmağa yönəlməyib. Şirkətlər sadəcə bu dövrlərdə daha çox daşınma həyata keçirib gəlirlərini artırmağı hədəfləyirlər. Yəni qərar kommersiya xarakteri daşıyır”.

İlqar Hüseynli

Ekspert bildirib ki, avtobusların sayının çoxalması sərnişindaşımada intensivliyi artıra bilər, amma sıxlıq problemini həll etməyəcək:

“Əksinə, sərnişinlərin və nəqliyyat vasitələrinin sayının paralel şəkildə artması tıxaca gətirib çıxaracaq. Çünki növbəti həftədən özəl məktəblərin mikroavtobusları da xəttə qoşulacaq. Eyni zamanda universitet tələbələri və şagirdlərin valideynlərinin şəxsi nəqliyyata üstünlük verməsi bu prosesə əlavə təsir göstərəcək. Beləliklə, avtobus sayının artımı nə sıxlığın azalmasına, nə də tıxac probleminin həllinə səbəb olacaq”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri