Icma.az
close
up
RU
Bakı Ali Neft Məktəbinin 10 cu Məzun Günü Fotolar

Bakı Ali Neft Məktəbinin 10 cu Məzun Günü Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bakının Gülüstan Sarayında Bakı Ali Neft Məktəbinin (BANM) 10-cu Məzun Günü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yubiley Məzun Günündə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məzunları təbrik edərək onlara uğurlar arzulayıb, tövsiyələrini verib.

Rektor qeyd edib ki, BANM-də təhsil aldıqları müddətdə yüksək bilik və bacarıqlara yiyələnən məzunlar həyatlarının növbəti mərhələsinə peşəkar kadr kimi qədəm qoyurlar. Builki məzunların da artıq bir qisminin çalışdığını, bir qisminin dünyanın nüfuzlu universitetlərinə qəbul olduğunu, təqaüd qazandığını vurğulayan rektor onların gələcəkdə ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva da məzunları təbrik edərək qeyd edib ki, Ali Məktəbin məzunlarının əldə etdiyi nailiyyətlər BANM-in fəaliyyətə başladığı gündən peşəkar kadrlar hazırlamaq missiyasını uğurla həyata keçirdiyini bir daha sübut edir.

Elm və təhsil nazirinin müavini İdris İsayev, Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutunun rektoru Botir Usmonov da məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

Məzunlar adından Biznesin idarə edilməsi ixtisasının məzunu Maya Kərimova, əcnəbi tələbələr adından Özbəkistan universitetləri ilə ikili diplom proqramından məzun olan Elvira Maminova və Xilola Nurumbetova təəssüratlarını bölüşüblər. 
Daha sonra 2026-cı il məzun buraxılışı üzrə BANM-in birincisi - “İlin tələbəsi”, İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Gülay Nəzərova adını Fəxri kötüyə həkk edib.Tədbir məzunlara diplomların  təqdim olunması və  bədii hissə ilə davam edib.

Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 218, magistratura səviyyəsindən 189 nəfər olmaqla, ümumilikdə 407 tələbə məzun olur. Bakalavr məzunlarından 59-u, magistratura məzunlarından isə 28-I Ali məktəbi fərqlənmə diplomu ilə bitirir. 

Bu il Biznesin idarə edilməsi və Kompüter mühəndisliyi ixtisasları üzrə ilk məzun buraxılışı həyata keçirilir. Bununla yanaşı ilk dəfə olaraq Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə həyata keçirilən ikili diplom proqramı çərçivəsində magistratura səviyyəsindən 16 özbəkistanlı tələbə də məzun olur.

Builki BANM məzunları arasında Özbəkistan, Rusiya, Somali, Yəmən, Gürcüstan, Banqladeş və Qazaxıstandan olan 23 tələbə də yer alır.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri