Icma.az
close
up
RU
Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 11 iyul, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti “Məzun günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, bu, ali məktəbin 9-cu buraxılışıdır.

Tədbirin açılışını edən rektor Elmar Qasımov məzunları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, builki məzunlar SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, xarici şirkətlərdə, həmçinin özəl və dövlət qurumlarında çalışmağa başlayıblar. Onlar eyni zamanda dünyanın nüfuzlu universitetlərinə qəbul olaraq təqaüdlər qazanır və təhsillərini davam etdirirlər.

Əldə olunan nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olduğunu təsdiqləyir.

Rektor Elmar Qasımov vurğulayıb ki, BANM bütün məzunlara diplomları ənənəvi olaraq məhz “Məzun günü”ndə təqdim etməyə davam edir.

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva çıxışında məktəbin tələbələrə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi diqqət yetirildiyini söyləyib.

2024/2025-ci tədris ilində Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 148, magistratura səviyyəsindən 172 nəfər olmaqla, ümumilikdə 320 tələbə məzun olur. Onlardan 52-si fərqlənmə diplomu ilə bitirir, 142 nəfəri xanımdır. Məzunların 24 nəfəri isə SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçısıdır.

Vurğulanıb ki, “Times Higher Education (THE) Impact Rankings 2025” nəticələrinə əsasən, BANM bu nüfuzlu reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq, yüksək nəticə əldə edib.

Elm və təhsil nazirinin müavini İdris İsayev məzunları təbrik edərək bildirib ki, BANM qısa müddətdə ölkənin əsas ali təhsil müəssisələrindən birinə çevrilib.

Daha sonra kimya mühəndisliyi ixtisasının məzunu, ali məktəb ikincisi İlkanə Mehdiyeva və Aqşin Yusifzadə çıxış ediblər. Hər iki məzun müəllimlərinə və valideynlərinə təşəkkür edib, ölkəyə və cəmiyyətə faydalı olacaqlarına söz veriblər.

2025-ci il məzun buraxılışı üzrə ali məktəbin birincisi - “İlin tələbə”si, informasiya təhlükəsizliyi ixtisasının məzunu İsmayıl Məmmədzadə adını fəxri kötüyə həkk edib.

Ali məktəbi fərqlənmə ilə bitirən məzunlara, ixtisas birincilərinə, sonra hərbi xidmətə yollanacaq məzunlara diplomlar verilib. Diplomları təqdim edənlər sırasında Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey də yer alıb. Xanım səfir məzunlara uğurlar arzulayıb.

Məzunların diplomlarının təqdimatından sonra tədbir bədii hissə ilə davam etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri