Icma.az
close
up
RU
Bakı Ali Neft Məktəbinin yaradılmasından 13 il ötür

Bakı Ali Neft Məktəbinin yaradılmasından 13 il ötür

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 13 ili tamam olur. BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə SOCAR-ın tərkibində dövlət ali təhsil müəssisəsi statusunda yaradılıb. Bu illər ərzində Bakı Ali Neft Məktəbi böyük nüfuz qazanıb, rekord göstəricilərə imza atıb, Prezident təqaüdçülərinin sayına, ən yüksək keçid balına, yüksəkixtisaslı kadr hazırlığına görə ön sırada olub. İlk qəbul aparılan ildə BANM Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb və uğurunu qoruyub. İki ixtisas ilə fəaliyyətə başlayan ali məktəbdə hazırda 7 ixtisas üzrə bakalavr, 5 mühəndislik ixtisası və MBA proqramı (4 istiqamət) üzrə magistratura, 3 ixtisas üzrə doktorantura səviyyələrinə qəbul aparılır. BANM-dən SİA-ya bildirilib ki, 2024/2025-ci tədris ili üzrə ali məktəbin 4 ixtisası Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balına görə ilk beşlikdə yer alıb.

Azərbaycan ali məktəbləri arasında ən yüksək keçid balı (687.1) BANM-in informasiya təhlükəsizliyi ixtisasına məxsusdur.

Həmçinin ölkədə ən yüksək orta keçid balı da (645 bal) Bakı Ali Neft Məktəbinə aiddir. Beynəlxalq və respublika fənn olimpiadalarının 16 qalibi BANM-ə müsabiqədənkənar qəbul olub. Qəbul planı 100 faiz dolub.

Ali məktəbin 35 məzunu isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb.

Bu tədris ilində 33 nəfər Prezident təqaüdçüsü ilə BANM yenə də liderliyini qoruyub. Bakı Ali Neft Məktəbində tədris istehsalla inteqrasiya şəklində aparılır. Hər il tələbələr müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlər.

Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olan Bakı Ali Neft Məktəbi tələbələrinə yüksəkkeyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi əhəmiyyət verir. Bu gün BANM-in məzunları yerli və xarici şirkətlərdə, dövlət müəssisələrində uğurla fəaliyyət göstərir, bəziləri təqaüd qazanaraq təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri