Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Bakı Ali Neft Məktəbinin yaradılmasından 14 il ötür

Bakı Ali Neft Məktəbinin yaradılmasından 14 il ötür

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bu gün SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasından 14 il ötür.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi bu illər ərzində bir çox mühüm uğurlara imza atıb. Belə ki, Bakı Ali Neft Məktəbinin hər cür şəraiti olan bir kampus binası və bir korpusu tikilib istifadəyə verilib.

Ali təhsil müəsissəsi ən yüksək keçid balına malik ali təhsil müəssisəsi kimi fərqlənir. BANM ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb.

BANM Prezident təqaüdçülərinin sayına görə Azərbaycan təhsil tarixində rekord göstərərək bir neçə ildir ardıcıl olaraq liderliyini qoruyur və bu il 36 Prezident təqaüdçüsü ilə rekordunu yeniləyib.

İlk ildə yalnız iki ixtisas üzrə qəbul həyata keçirilsə də, hazırda Bakı Ali Neft Məktəbi 9 ixtisas üzrə bakalavr, 8 ixtisaslaşma üzrə magistratura və 3 ixtisas üzrə doktorantura səviyyələrinə qəbul aparır.

İlk illər yalnız I ixtisas qrupu üzrə qəbul həyata keçirilsə də, son illər II ixtisas qrupunun Biznesin idarəedilməsi ixtisasında da qəbul aparılır və bu il ilk dəfə II ixtisas qrupu üzrə Maliyyə ixtisasına qəbul həyata keçirilib, İlk dəfə qəbul həyata keçirilməsinə baxmayaraq bu qrup üzrə Prezident təqaüdçüsü olan 25 tələbənin 12-si bu yeni açılmış ixtisasın tələbəsi olub.

Bakı Ali Neft Məktəbi əmək bazarının tələblərinə uyğun ixtisaslarda qəbul aparır.

Bu il BANM-in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Data analitikası ixtisasına qəbul həyata keçirilib. İlk il olmasına baxmayaraq, bu ixtisas da ən yüksək bal toplayan abituriyentlərin seçimi olub.

Ali Məktəbin məzunlarının işlə təmin olunma göstəricisi 100% təşkil edir və məzunlar SOCAR-da, müxtəlif transmilli şirkətlərdə, dövlət qurumlarında və nüfuzlu müəssisələrdə çalışırlar. Dövlət Məşğulluq Agentliyinin 2025-ci il statistikası da bunu təsdiqləyir.

DMA-nın 2025-ci il üzrə məzunları ən çox iş tapan TOP 5 universitet siyahısında Bakı Ali Neft Məktəbi liderdir.

Bakı Ali Neft Məktəbi startaplar və innovasiyalar sahəsində də liderdir, tələbələr bu illər ərzində bir çox beynəlxalq və yerli yarışlarda uğur qazanıb və qalibiyyətlər əldə edib.

Təkcə 2025-ci ildə 30-dan çox startap layihəsi təqdim olunub və 20-dən çox hakatonda qalibiyyət əldə edilib, "Teknofest 2025"də isə komandalar 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat qazanaraq ən çox mükafat qazanan ali təhsil müəssisəsi olub.

Bu illər ərzində Bakı Ali Neft Məktəbinin beynəlxalq əlaqələri genişlənib və əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Bu il əcnəbi tələbələrin sayında 67% artım qeydə alınıb.

BANM Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq ali təhsil proqramlarının ixracını həyata keçirməyə başlayıb.

SOCAR və "Uzbekneftegaz" şirkəti arasında 18 iyul 2023-cü il tarixində imzalanmış Anlaşma Memorandumunun müddəalarından irəli gələrək BANM ilə Özbəkistan universitetləri arasındakı müqavilələrə əsasən, Özbəkistanın Daşkənd Kimya-Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında ikili diplom proqramı həyata keçirilir. Hazırda bu ali təhsil müəssisələrindən 16 özbək tələbə kimya mühəndisliyi ixtisasının magistratura səviyyəsinin 2-ci kursunda təhsil almaq üçün BANM-də tədrisə cəlb olunublar. Onlar həm təhsil aldıqları Universitetin, həm də Bakı Ali Neft Məktəbinin diplomuna sahib olacaqlar.

Bakı Ali Neft Məktəbi Konqoda insan kapitalının inkişafına dəstək göstərir. SOCAR və Konqo Milli Neft Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, konqolu tələbələr BANM-də təhsil alır və məzun olduqdan sonra SNPC şirkətində çalışacaqlar.

2025-ci ildə BANM-in bütün akademik proqramları ilk dəfə olaraq beynəlxalq proqram akkreditasiyasına cəlb olunub.

Bu proses Almaniyanın mühəndislik sahəsində nüfuz qazanmış ASIIN agentliyi tərəfindən aparılıb.

Həmçinin "Times Higher Education (THE) Impact Rankings 2025"də ölkə üzrə III yerdə, dünya universitetləri arasında isə 801–1000-ci yerlərdə qərarlaşaraq yüksək nəticəyə nail olub.

Bundan başqa, Bakı Ali Neft Məktəbinin tərkibində artıq Rəqəmsal Biliklər Liseyi fəaliyyətə başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:295
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Noyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri