Icma.az
close
up
RU
Azərbaycanda qızlar məktəbinin yaradılmasından 124 il ötür

Azərbaycanda qızlar məktəbinin yaradılmasından 124 il ötür

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

1901-ci il oktyabrın 7-də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman Şərqində ilk dünyəvi Qızlar Məktəbi qapılarını cəmiyyətin üzünə açdı. Bu hadisə ilk növbədə  bir təhsil müəssisəsinin yaranması hadisəsi kimi qəbul edilsə də əsil mənasında bir xalqın düşüncə tərzinin dəyişməsinə, qadının cəmiyyətdə yerinin tanınmasına doğru atılmış ilk addım idi.

Tağıyev o dövrün bu sahədə ən böyük stereotiplərindən birini sındırdı. Qızların təhsil almasının “lüzumsuz” iş sayıldığı bir zamanda  məktəbin binasının tikintisindən tutmuş, müəllimlərin Avropadan gətirilməsinə qədər hər detalı nəzərə alan böyük bir iş başlatdı.

İllər keçdikcə “Tağıyevin məktəbi” adı ilə tanınan, bu təhsil ocağı  maarifçiliyin real  bünövrəsi kimi tarixə düşdü.

Tağıyevin təşəbbüsü  təhsilin gücünün nəyə qadir olduğunu onun sosial bərabərlik vasitəsinə çevrildiyi zaman ortaya çıxdığını sübut etdi.

Onun ilk məzunları – Rəhilə Hacıbababəyova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Liza Muxtarova, Nazlı Tahirova və digərləri Azərbaycan qadınının ictimai və siyasi həyatda fəal rol oynamasının da təməlini qoydular. 

Sonradan Qızların təhsili ailə münasibətlərində, uşaq tərbiyəsində, ictimai həyatda və milli düşüncədə böyük dəyişiklik yaratdı.

Bu məktəbin məzunları tariximiz üçün həlledici məqamlarda Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını müdafiə edən ziyalılara çevrildilər. Yəni bir məktəb, əslində, bir millətin intellektual dirçəlişinin başlanğıcına çevrildi.

Bu gün Zeynalabdin Tağıyevin başlatdığı bu missiya müasir Azərbaycan dövlətinin təhsil və humanitar siyasətində, I Vitseprezident Mehriban xanım Əliyevanın-həm Heydər Əliyev Fondunun prezidenti, həm də Azərbaycanın birinci xanımı kimi – qadın və qızların təhsil imkanlarını genişləndirmək istiqamətindəki çoxşaxəli fəaliyyətində davam etdirilir

Onun təşəbbüsü və xeyir-duası ilə reallaşdırılan

“Təhsilə Dəstək” proqramları çərçivəsində ölkənin bütün bölgələrində onlarla yeni məktəb binası, uşaq bağçası və təhsil mərkəzləri inşa olunub və müasir avadanlıqlarla təmin edilib;

* “Yeniləşən Azərbaycana yeni məktəb” təşəbbüsü ilə kənd və qəsəbələrdə qızların təhsildən kənar qalma riski minimuma endirilib;

* İstedadlı qızların təqaüd proqramları və beynəlxalq olimpiadalarda iştirakına dəstək verilib;

* “Azərbaycan gəncliyi xarici ölkələrdə təhsildə” proqramı ilə çoxlu sayda istedadlı qız tələbə dünya universitetlərində təhsil almaq imkanı qazanıb.

Onun  beynəlxalq səviyyədə təhsil və qadın hüquqları sahəsində  təşəbbüsləri qızların təhsilinə dəstək, mədəni irs və qadınların elmdə iştirakı məsələlərini qlobal müstəviyə çıxarmaqla Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu gücləndirib.

Bu missiya həm də keçmişlə bu gün arasında  milli özünüdərkin, qadın gücünün və intellektual inkişafın birləşdiyi bir körpüdür.

“Bir qız oxuyarsa, bir ailə işıqlanar; bir xalq maariflənər”.

Bu fikri dünən Tağıyevin xeyriyyəçilik fəlsəfəsi, bu gün isə Mehriban Əliyevanın  humanizm dəyərlərini yaşadan fəaliyyəti sübut edir.

Bu dəyərlər cəmiyyətin bütün təbəqələrini birləşdirən yeni layihələrin və təşəbbüslərin də əsasında dayanır.

Əlbəttə ki, Yeni Əsr, Yeni Yanaşmalar və yeni təşəbbüslər ortaya qoyur. 

Düz 120 il sonra, 2021-ci ildən etibarən – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu  ideyanın yenidən canlandırılması üçün təsis etdiyimiz “Qızların Təhsilinə Dəstək” layihəsi vasitəsilə  regionlarda yaşayan, sosial və iqtisadi səbəblərdən təhsildən uzaqlaşmaq riski ilə qarşılaşan qızları əhatə etməyi hədəflədik...

Bu məqsədlə hazırda

* Qızların orta və ali təhsilə davam etməsi üçün onlara maddi və psixoloji dəstək göstərir,

* Maarifləndirici görüşlər və təlimlər təşkil edir,

* İlhamverici qadın rollarını tanıtmaqla gənc qızlarda özünəinam formalaşdır mağa çalışırıq. 

Həmçinin qızların təhsildən uzaq qalmasının əsas səbəblərini– sosial təzyiq, iqtisadi çətinliklər və mənfi stereotiplərin addım-addım aradan qaldırılması üçün səyləri birləşdiririk.

 Layihəmizin əsas mesajı aydındır:

“Hər qızın oxumaq, öyrənmək və öz taleyini müəyyənləşdirmək haqqı var”.

Odur ki bu 4 il ərzində qızların:

* orta və ali təhsilə davam etməsini təşviq  etmək

* erkən nikah hallarının qarşısını almaq,

* valideynlər və yerli icmalar arasında maarifləndirməni gücləndirməklə yüzlərlə ailənin həyatına toxunmağa çalışdıq.

Qanunvericiliyin təkmilləşməsi və yeni icra mexanizmlərinin yaradılması üzərində bütün tərəfdaşlarımızla səmərəli əməkdaşlıq qurduq.
Nəticədə təhsildən ayrılmaq üzrə olan onlarla qızlar məktəbə qayıdıb, bir çoxu ali təhsil müəssisələrinə daxil olub. 
Bir qismi bu arzusuna çatmaq üçün hazırlıq kurslarına cəlb olunub.

Bu prosesə ilk ildə qatılan onlarla tələbə qız isə məzun olaraq artıq müstəqil həyata qədəm qoyub. 

Reallaşmasına çox böyük həvəslə çalışdığımız isə "Gələcəyə əmin addımlarla" Səhid xanımlarının təhsilinə dəstək proqramımızdır.Bu çərçivədə təhsil alan xanımların sayı bu ilin nəticələri də  daxil olmaqla artıq 34 nəfərdir.  

Azərbaycan xalqına "ZƏFƏR"i yaşadan igid oğullarımızın  xanımları və yadigarlarına layiqli və qürurlu həyat bəxş etmək üçün onların öz ayaqları üzərində möhkəm dayanmasına imkan verəcək təhsil və əmək vərdişləri əldə etmələrinə yardımçı olmaq bizə qürur verir.

Bir sözlə qadının, xüsusilə gənc qızların təhsilinə yatırılan sərmayənin,  çəkilən zəhmətin əslində, bütün millətin gələcəyinə qoyulan investisiya olduğuna əminliyi artırmağa çalışırıq.

Bu isə bir layihənin icrasından daha  böyük hədəfə xidmət edir.

Zeynalabdin Tağıyev cəmiyyətə bir məktəb deyil, bir düşüncə tərzi bəxş etdi. Bu gün dövlət qurumları, vətəndaş cəmiyyəti və fərdi təşəbbüslər həmin ideyanı müasir şəraitdə yenidən həyata keçirir
Hazırkı nəticələrimiz  sübut edir ki,  qadının ictimai, siyasi, sosial statusu, eləcə də  bir fərd olaraq bugünü və gələcəyi üçün ən güclü sosial müdafiəsi təhsildən başlayır. 

Cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi, insan hüquqlarının təmin edilməsi, inkluzivliyin,davamlı və dayanıqlı inkişafın etibarlı bünövrəsi də təhsildir.

Əgər 124 il bundan əvvəl Zeynalabdin Tağıyev bu millətə maarifin qığılcımını bəxş etdisə,İndi bu alov minlərlə gənc qızın gözündə, sinif otaqlarında, laboratoriyalarda, universitet auditoriyalarında parlayır.

Bu isə inkişaf və çiçəklənmə naminə xalqın azad ruhunun, qadının iradəsinin ifadəsi və dövlətin onu təmin etmək yolunda sərgilədiyi siyasətin təntənəsidir.
Bahar Muradova
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri