Icma.az
close
up
RU
Bakı Ankara birgə hərbi təlimləri: Verilən mesaj

Bakı Ankara birgə hərbi təlimləri: Verilən mesaj

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətləri haqqında imzaladığı Şuşa Bəyannaməsindən sonra iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyub. Əgər 2020-ci ilədək bu sahədə olan əməkdaşlığın əsas hədəfi Ermənistanın işğalçılıq siyasətinə son vermək idisə, 2021-ci ildən sonra yeni mərhələdə əməkdaşlığın prioriteti Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılmasıdır. Yəni bölgədə sülhün və təhlükəsizliyin təminatçısı rolunda çıxış etməkdir. Ənənə halını alan "Sarsılmaz Qardaşlıq-2025" və "Mustafa Kamal Atatürk-2025" hərbi təlimləri də bu məqsədə xidmət edir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

O bildirib ki, bu hərbi təlimlər heç bir ölkəyə qarşı yönəlməyib, beynəlxalq hüquqa və dövlətlərarası imzalanmış sənədlərə əsaslanır: “Azərbaycan ilə Türkiyə bu gün əsl müttəfiqlik nümunəsi ortaya qoymaqdadır. Bu strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq məsələsi iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də yeni perspektivlər vəd edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də imzaladığı “Şuşa Bəyannaməsi”ndə hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən sənəddə Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vurğulanır. Bu, eyni zamanda orduların peşəkarlığının artmasına, fəaliyyətin birgə koordinasiya olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki İkinci Qarabağ savaşından sonra Prezident İlham Əliyev dəfələrlə Azərbaycan ordusunun yeni strandartlara uyğun peşəkar şəkildə formalaşdırılmasını bəyan edib”.

Deputat onu da əlavə edib ki, birgə təlimləri dünyaya Bakı və Ankaranın əbədi qardaşlığı, birliyi, o cümlədən anti-Azərbaycan güclərə qarşı bir mesaj kimi də oxumaq lazımdır: “Bakı və Ankara arasında qardaşlığı əbədidir, kimsə buna qarşı çıxıb onu poza bilməz, əksinə, bu qardaşlıq və müttəfiqlik daha da dərinləşməklə birgə daha ciddi uğurlara imza atacaq. Çünki qarşıda yeni dövrün tələblərinə uyğun təhdidlər və çağırışlar mövcuddur ki, bu da birgə səylər tələb edir. Əminəm ki, birgə səylər nəticəsində nəinki bütövlükdə Cənubi Qafqaz bölgəsində daha geniş coğrafiyada sülhün, sabitliyin, təhlükəsizlik və əməkdaşlıq arxitekturasını qurmaq mümkün olacaq. Bu istiqamətdə iki qardaş ölkə uğurlu addımlar atmaqdadır. Bakı və Ankara bölgədə təhlükəsizliyin təmin olunması məqsədilə davamlı olaraq Gürcüstanın da iştirakı ilə üçtərəfli formatda birgə hərbi təlimlər keçirir. Gələcəkdə isə digər ölkələrin iştirakı ilə belə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur. 2025-ci ilin sentyabrında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin keçirilməsi nəzərdə tutulur. “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək məqsədini daşıyır. 

Bu onu göstərir ki, Bakı və Ankara birgə əməkdaşlıq nəticəsində yeni dünya düzəninin formalaşdırılmasında regional və qlobal sülhün, təhlükəsizliyin, əməkdaşlıq formatlarının yaranmasına öz töhfələrini vermək niyyətindədirlər. Əminəm ki, iki qardaş ölkə bu missiyanın öhdəsindən uğurla gələcək”.

Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyun 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri