Icma.az
close
up
RU
Bakı və Ankara birgə hərəkət etməlidir

Bakı və Ankara birgə hərəkət etməlidir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


İsrail hökumətinin 1915-ci il hadisələri fonunda qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanımaq üçün səs verməsi və bu təşəbbüsün Knessetin (İsrail parlamentinin) plenar iclasında səsverməyə göndərilməsi həqiətən də reallıq hissinin itirilməsidir. Rəsmi Bakı haqlı olaraq bununla bağlı İsrailə çağırış etdi və "Bu qərarı yenidən nəzərdən keçirin" dedi. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara dair şərhində İsrail hökumətinin sözügedən “soyqırımı” ilə bağlı qəbul etdiyi qərarın ciddi narahatlıq doğurduğu bildirilib və o da qeyd olunub ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.
Öz növbəsində Türkiyə Xarici İşlər Nazirliyi də İsrail Nazirlər Kabinetinin “1915-ci il hadisələri”ni rəsmi olaraq “erməni soyqırımı” kimi tanımaq barədə qərarını yekdilliklə təsdiqləməsinə kifayət qədər sərt münasibət bildirib. Türkiyə XİN-in bununla bağlı yaydığı bəyanatında bildirilir ki, “bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistemli təzyiqlər həyata keçirən və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Qəzza sakinlərinə qarşı soyqırımı ittihamı ilə məhkəmə prosesinə cəlb olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qətnamə vasitəsilə öz cinayətlərini ört-basdır etməyə çalışır". Rəsmi Ankara İsrailin regionda həyata keçirdiyi ekspansionist və sabitliyi pozan siyasətə son qoyulması, həmçinin Netanyahu hökumətinin, ilk növbədə fələstinlilərə qarşı mülki əhaliyə yönəlmiş cinayətlərə görə qanun qarşısında cavab verməsi istiqamətində qətiyyətlə fəaliyyətini davam etdirəcəyini bəyan edib.
İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar, Azərbaycan və Türkiyə tərəfindən haqlı olaraq ciddi narahatlıq və sərt etirazla qarşılanıb. Bu addım həm tarixi həqiqətlərin təhrifi, həm də regiondakı sülh və barışıq səylərinə zərbə kimi qiymətləndirilir. Belə bir vəziyyətdə, Azərbaycan və Türkiyə bu destruktiv xəttin qarşısını almaq üçün bir sıra vacib strateji addımları ata bilər.
İlk növbədə İsrailə qarşı diplomatik və hüquqi müstəvidə təzyiqlərin artırılması, o cümlədən bu ölkənin Fələstin, Livan və Suriyaya hərbi müdaxilələrinin beynəlxalq platformalarda sıx-sıx gündəmə gətirilməsi çox önəmlidir. Eləcə də Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda (BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s) İsrail hökumətinin bu qərarının hüquqi və elmi əsaslardan məhrum olduğunu, bunun yalnız siyasi manipulyasiya məqsədi daşıdığını daha yüksək səslə bəyan etməlidirlər və ikili standartları vurğulamalıdırlar.
İkinci addım kimi hazırkı Ermənistan hakimiyyəti ilə bu məsələdən dolayı kommunikasiya qurula və beləliklə, Azərbaycan və Türkiyə Ermənistan tərəfinə İsrailin bu təxribatına alət olmamaq, regional sülhün qorunması üçün İsrailin qərəzli addımlarından məsafə saxlamaq çağırışlarını daha effektiv çatdıra bilər. Bu kontekstdə Ermənistanın öz milli maraqlarını kənar dövlətlərin kirli oyunlarından üstün tutması zərurəti Paşinyan hökumətinin diqqətinə mütləq şəkildə çatdırılmalıdır. Buna paralel olaraq, həmçinin İsrail cəmiyyətinə və ictimai-siyasi dairələrinə də müəyyən mesajlar verilməlidir. Belə ki, İsrail daxilindəki sağlam düşüncəli qüvvələrə və ictimaiyyətə bu qərarın iki ölkə arasındakı münasibətlərə zərər vurduğunu, onun Netanyahu hökumətinin dar siyasi maraqlarına xidmət etdiyini başa düşmək üçün mütəmadi məlumatlandırma işləri aparılmalıdır.
Ən əsası isə, Azərbaycan və Türkiyə arasında bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsidir. Bizim bəzi israilpərəst insanlarımızın "bu məsələ bizlik deyil, Türkiyə və İsrail özləri bilər" səpkili əcaib yanaşmalarının əksinə olaraq, Bakı və Ankara arasında İsrailin bu addımına qarşı vahid mövqenin və koordinasiyalı fəaliyyətin daha da möhkəmləndirilməsi Netanyahu hökumətinin planlarının uğursuzluğa düçar olmasına gətirib çıxaracaq. Biz iki qardaş dövlət olaraq tarixi Şuşa Bəyannaməsinə imza atmışıqsa, bu cür kritik məqamlarda heç birimizin yaxamızı kənara çəkib, "özü bilər" məntiqindən çıxış etmək lüksümüz yoxdur.
Həm də bunu da başa düşməliyik ki, İsrail hökumətinin bu addımı təkcə Türkiyəyə qarşı yönəlməyib. Sözügedən qərar birbaşa Azərbaycan-Ermənistan normallaşmasına da zərbə vura bilər. Ona görə də bu məsələ ilə bağlı təcili hərəkətə keçmək təkcə Türkiyənin yox, həm də bizim işimizdir. Bu baxımdan, Azərbaycan və Türkiyə üçün ən vacib addım, İsrailin ekspansionist və sabitliyi pozan bu siyasətinə qarşı qətiyyətli və ardıcıl mövqe nümayiş etdirməkdir. Bu addım həm də Netanyahu hökumətinin beynəlxalq hüquq qarşısında cavab verməsi üçün beynəlxalq platformalarda təzyiqin davam etdirilməsinə imkan yaradacaq.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 İyun 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see2120

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see282

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see271

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see246

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see239

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see239

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see231

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see230

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see230

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see226

Rafael Fiziyev nakautla qazandı, Nazim Sadıxov məğlub oldu UFC Fight Night turniri

27 İyun 2026 23:26see222

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see216

Meksika Ekvador: DÇ 2026 da daha bir 1/16 final cütü

28 İyun 2026 04:15see213

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see207

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see195

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see185

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see182

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see175

Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar

27 İyun 2026 22:11see175

Argentina möhtəşəm qolla hesabı açdı Yenilənir

28 İyun 2026 06:23see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri