Icma.az
close
up
RU
Bişkekdə verilən mesaj: Bakı Tehran münasibətlərində yeni səhifə açılır?

Bişkekdə verilən mesaj: Bakı Tehran münasibətlərində yeni səhifə açılır?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və İran prezidentlərinin Bişkekdə keçirilən görüşü iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkən mesajlarla yadda qaldı. Görüşdə səsləndirilən fikirlər və qarşılıqlı jestlər Bakı ilə Tehran arasında siyasi dialoqun hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı. 

Xüsusilə regional gərginliklərin artdığı bir dövrdə Azərbaycanın İrana münasibətdə tutduğu mövqe və nümayiş etdirdiyi həmrəylik iki ölkə arasındakı münasibətlərin siyasi və strateji əhəmiyyətini bir daha ön plana çıxardı.

Bəs Bişkek görüşü Azərbaycan–İran münasibətlərinin gələcəyi ilə bağlı hansı mesajları verdi və bu təmaslar regional proseslərə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a danışan millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Yaxın Şərq və Cənubi Qafqaz kimi geostrateji baxımdan həssas regionlarda qonşuluq siyasətinin yürüdülməsi sadəcə ikitərəfli əlaqələrin saxlanılmasını deyil, rəqəmsal diplomatiya və müasir analitik mexanizmlərlə dəstəklənən strateji tərəfdaşlıq modelinin qurulmasını tələb edir. 

Deputat qeyd edib ki, diplomatik təcrübədə isə ölkə rəhbərlərinin təmasları ikitərəfli münasibətlərin müasir çağırışlara uyğun istiqamətini müəyyən edən ən yüksək siyasi mexanizmdir:

"Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüş regional geosiyasət, beynəlxalq hüquq və ikitərəfli diplomatik münasibətlər kontekstində böyük əhəmiyyətə malikdir.

 Əvvəlcə ondan başlayaq ki, görüşdə prezidentlərin əvvəlki görüşləri və telefon danışıqlarını məmnunluqla xatırlatması, hər iki ölkənin ali siyasi rəhbərliyində strateji dialoqu davam etdirmək iradəsinin mövcudluğunu göstərir. İranın üzləşdiyi çətin vəziyyətdə Azərbaycanın nümayiş etdirdiyi mövqe, göstərilən humanitar yardım və başsağlığı Azərbaycanın xarici siyasətində qonşuluq məsuliyyətini ön plana çəkdiyini sübut edir.

 Bu, sadəcə formal diplomatik jest deyil, regional böhranlar zamanı həmrəyliyin real təzahürüdür. İran Prezidentinin bütün sahələrdə münasibətləri genişləndirmək marağını ifadə etməsi isə iki ölkə arasındakı iqtisadi, nəqliyyat və energetika layihələrinin gələcək inkişafı üçün siyasi zəmin yaradır. 

Hüquqi müstəvidə Azərbaycanın çətin şəraitdə olan qonşusuna humanitar yardım göstərməsi Beynəlxalq Humanitar Hüququn ruhuna və BMT Nizamnaməsinin qonşuluq münasibətlərinə dair prinsiplərinə tam uyğundur. Prezident İlham Əliyevin ölkəmizin İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirməsi beynəlxalq hüququn təməl prinsiplərindən birinə — mübahisələrin dinc yolla nizamlanması prinsipinə əsaslanır. 

Azərbaycan bununla regional gərginliklərin hərbi yolla deyil, dialoq vasitəsilə həllini dəstəkləyən təhlükəsizlik və sabitlik tərəfdarı olduğunu beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirir. Tərəflərin bir-birinə dəstəyi dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsiplərini möhkəmləndirir, ikitərəfli hüquqi bazanın etibarlılığını təmin edir.

Mənəvi və mədəni aspektlər baxımından isə Məsud Pezeşkianın münasibətləri "qardaşlıq və dostluq xarakteri" kimi xarakterizə etməsi, cənab İlham Əliyevin yardımın "qardaşlıq nümunəsi" olduğunu vurğulaması iki xalqı birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlərə əsaslanır. Aydındır ki, əsl səmimi münasibət, dostluq və qardaşlıq özünü böhranlı, çətin anlarda göstərir.

 Azərbaycanın böyük cəsarətlə çətin məqamda verdiyi dəstək və göstərdiyi humanist mövqe, İran xalqı və dövləti tərəfindən yüksək qiymətləndirilərək tərəflər arasında qarşılıqlı etimadı və etibarlılığı yeni pilləyə qaldırır. Hər iki liderin mesajları göstərir ki, mövcud sınaqlar iki ölkə arasında nifaq yaratmaq əvəzinə, dostluq körpülərini daha da möhkəmləndirir. 

Bu görüş və aparılan müzakirələr göstərir ki, Azərbaycan və İran münasibətləri praqmatik dövlət maraqları ilə tarixi qardaşlıq və dostluq hissiyyatının sintezindən ibarətdir və cənab İlham Əliyevin sülhsevər, hüquqa söykənən, humanist xarici siyasəti regional sabitliyin qorunmasında və qonşu İran ilə münasibətlərin bütün istiqamətlərdə inkişaf etdirilməsində müstəsna rol oynayır".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Sentyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri