Icma.az
close
up
RU
Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı “Pilot Residence” yaşayış binasına baxış keçirib

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı “Pilot Residence” yaşayış binasına baxış keçirib

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” sakinləri ilə MTK rəhbərliyi arasında məhkəmə mübahisəsi davam etməkdədir. Belə ki, öncə ilkin instansiya məhkəməsi - Səbail Rayon Məhkəməsi işi 9 ay ərzində araşdıraraq, müvafiq dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq qanunsuzluqları təsdiqləyib. Nəticədə MTK-dan qanunsuz tikililərin sökülərək ləğvi tələb olunub. 

Daha sonra MTK qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi 7 aylıq araşdırmadan sonra Səbail Rayon Məhkəməsinin mövqeyini təsdiqləyib. MTK isə bu dəfə işin Ali Məhkəməyə çıxarılmasına nail olub. Ali Məhkəmə əvvəlki qərarların ləğvini elan edərək prosesin mahiyyəti üzrə yenidən araşdırılması məqsədilə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Hazırda iş hakim Vahid Sadıqovun sədrliyi ilə təkrar araşdırılır.

Sakinlərin verdiyi məlumata əsasən, 1 sentyabr 2025-ci il tarixində adıçəkilən yaşayış kompleksinin ərazisinə hakim Vahid Sadıqovun rəhbərliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyasının katib və üzvləri tərəfindən baxış keçirilib. Ədalət təmsilçiləri ilə yanaşı, iş üzrə şikayətçilər, “Pilot Residence” MTK-nın nümayəndələri, vəkillər, həmçinin Sakinlərin Təşəbbüs Qrupunun iştirak etdiyi baxışda məqsəd 2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş Baş Plan və Bina Layihəsinin icrası zamanı yol verilmiş kənarlaşma və tikinti qanunsuzluqlarının araşdırılması olub. Məhkəmə MTK rəhbərliyinə layihədən kənar mövcud olan 4 qeyri-yaşayış təyinatlı tikintinin hansı layihə və icazələr əsasında inşa olunmasına dair əsaslandırmanı təqdim etməyi tapşırıb.

Xatırladaq ki, sözügedən məhkəmə prosesi artıq 3 ilə yaxındır davam edir. İlk məhkəmə iclası 2023-cü ilin fevralında Səbail Rayon Məhkəməsində başlanıb. 2017-ci ildə təsdiqlənmiş “Pilot Layihə” çərçivəsində “Pilot Residence” yaşayış binasının tikintisi nəzərdə tutulsa da, sonradan layihədən kənar obyektlərin inşası sakinlərin gündəlik həyat şəraitinə mənfi təsir göstərir. İlkin araşdırmalar nəticəsində məlum olub ki, MTK layihədən kənar və icazəsiz olaraq bir sıra obyektlər inşa edib. Burada 850 kvadratmetr sahədə ticarət obyekti, layihədən kənar “balkon” tikililəri, həyətin bir hissəsində quraşdırılmış “qəfəs” tipli texniki tikili, binanın 3-cü blokuna bitişik ərazinin zəbt olunaraq başqa şəxsə satılması və s. kimi uyğunsuzluqlar aşkarlanıb.

Hazırda tərəflərin arqumentləri yenidən öyrənilir. Qanunsuz tikililərin aqibəti ilə bağlı son qərarı yaxın vaxtlarda məhkəmə elan edəcək. Sakinlər isə öz haqları uğrunda sonadək mübarizə aparacaqlarını, nəticədə haqq-ədalətin qələbə qazanacağına inandıqlarını bildiriblər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri