Icma.az
close
up
RU
Bakının mərkəzində “Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik

Bakının mərkəzində “Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bakı şəhərinin mərkəzində yaşayış binasının sakinləri ilə MTK arasında qalmaqal davam edir.

Moderator.az xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” kooperativinin fəaliyyəti barədə bunadək mediada kifayət qədər qalmaqallı məlumatlar yayımlanıb. Hazırda da MTK rəhbərliyi ilə binanın sakinləri arasında uzunmüddətli problem davam etməkdədir. 2 ay öncə sakinlər tərəfindən imtina edilmiş xidməthaqqının bərpası üçün yeni vədlər verilmişdi. Belə ki, normal həyat şərtləri üçün binaya lazımi səviyyədə xidmət göstərilməli idi. Sakinlər bu təklifi qəbul edib xidmət haqqının ödənilməsinə görə müqavilə bağladılar və ödənişləri etməyə başladılar. Yeni müqavilədə aylıq xidməthaqqı 40 qəpiyə qədər endirilsə də, xidmətin keyfiyyəti artmadı və ümumiyyətlə yaşayış kompleksində hər hansı müsbət bir iş görülmür. Bunlara həyətin abadlaşdırılmaması, çox zəif mühafizə xidməti, yağıntı sularının düzgün idarə olunmaması sistemləri və s. aiddir. Sakinləri özlərindən çıxaran əsas məsələlərdən biri premium adlanan binanın getdikcə qəzalı vəziyyətə düşməsi riskidir. 4 gün öncə yağıntısız hava şəraiti olsa da, binanın 2-ci mərtəbəsindən naməlum xətt ilə sular birbaşa fasadla süzülərək tikilinin bünovrəsinə və küçəyə axır (video aşağıda verilmişdir). Üzücü tərəfi burasındadır ki, bu hal artıq bir neçə dəfədir təkrarlanır.

Sakinlər bildirir ki, qeyd olunan ardıcıl problemlərə görə onlar ödəniş etməkdən növbəti dəfə imtina etməkdə israrlıdırlar. Çünki MTK sahibi Babək İsmayılov növbəti dəfə sözünü tutmadığından xidməthaqqının ödənilməsi mənasızdır. 2 ilə yaxındır ki, sakinlər özləri “Təşəbbüs qrupu” yaradaraq bu istiqamətdə yaşadıqları binanın problemlərini həll etməyə çalışırlar. Həyətin abadlaşdırılması, yağıntı sularının qarşısının alınması, bir sözlə, paytaxtın mərkəzində tikilən 170 mənzillik binanın təhlükəli vəziyyətə düşməməsi üçün sakinlər həm öz vəsaitləri hesabına fəaliyyət göstərirlər. Buna isə MTK işçiləri maneə yaradır. Sakinlər bunu birmənalı olaraq, qəsdən binanın təhlükəli hala çatdırılması kimi qiymətləndirirlər. Onlar ilk və yeganə çıxış yolu kimi cəmiyyət yaradaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun binanın idarəedilməsi üzrə xidmətləri öz üzərinə götürmək və müasir tələblərə uyğun sakit, təhlükəsiz həyatlarını təmin etmək niyyətindədirlər. Bununla bağlı hər bir sakin paylanılan bröşürlər vasitəsilə maarifləndirilir və müvafiq imzalar toplanılmaqdadır.

Son – binanın fasadından axan sular – hadisəsindən sonra sakinlər tərəfindən bir neçə dəfə MTK-ya və onun rəhbəri Babək İsmayılova müraciət etsələr də, buna görə nəinki hər hansı cavab verilib, ümumiyyətlə biganə münasibət göstərilib. MTK-nın özəlləşdirdiyi 2-ci mərtəbə isə bir müddətdir ki, satışa çıxarılıb. Bu qədər problemə baxmayaraq, MTK rəhbərliyi də öz növbəsində “xidmət göstərməyi” davam etdirmək üçün sakinlərin adından saxta imzalarla sənəd tərtib edərək, təsdiq üçün müvafiq qurumlara təqdim etmək niyyətindədir. Lakin sakinlər ümid edirlər ki, aidiyyəti dövlət qurumları qanun çərçivəsində MTK-nın təqdim etdiyi saxta sənədləri qəbul etməyəcək. Onlar yüzlərlə vətəndaşın yaşadığı binanın təhlükəli hala çatması və qanunsuz hərəkətlərə qurban verilməməsi üçün sonadək mübarizə aparmağa hazırdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri