Icma.az
close
up
RU
Məhkəmədən Pilot Residence MTK ya TƏLƏB: Qanunsuz tikililər sökülsün!

Məhkəmədən Pilot Residence MTK ya TƏLƏB: Qanunsuz tikililər sökülsün!

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence" yaşayış kompleksində uzun müddətdir davam edən hüquqi mübahisə artıq sona yaxınlaşır.

Sitat.info xəbər verir ki, illərdir sakinlərlə MTK rəhbərliyi arasında davam edən narazılıq Səbail Rayon Məhkəməsində aparılan 9 aylıq araşdırma ilə hüquqi müstəviyə daşınıb. Məhkəmə, dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq tikintidə ciddi qanunsuzluqların olduğunu təsbit edib. Nəticədə, MTK-dan həyətə qeyri-qanuni şəkildə inşa olunmuş obyektlərin sökülməsi tələb olunub.

Lakin “Pilot Residence” MTK bu qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. 7 ay davam edən araşdırmalardan sonra Apellyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxladı. Ardınca MTK Ali Məhkəməyə üz tutdu. Ali Məhkəmə, apellyasiya instansiyasının daha ətraflı araşdırma aparması məqsədilə işi geri qaytardı. Bu dəfə Apellyasiya Məhkəməsi yerində baxış keçirdi, sakinlərlə birbaşa görüşdü və nəticə olaraq kompleksin həyətində layihədən kənar inşa olunmuş 4 obyektin, o cümlədən 850 m²-lik ticarət sahəsinin qanunsuz olduğunu təsdiq etdi. Məhkəmə MTK qarşısında həmin tikililərin sökülməsi tələbi qoydu.

Artıq iş yenidən Ali Məhkəməyə göndəriləcək və bu Qərar təsdiqlənərsə, hüquqi qüvvəsinə minəcək. Sakinlər ümid edir ki, artıq bütün hüquqi prosedurların tam şəkildə icra olunduğunu nəzərə alaraq, Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayacaq.

Bina sakinləri verilən qərarı sevinclə qarşılayıb və məhkəmə sistemində çalışan ədalətli hakimlərə təşəkkürlərini bildiriblər. Onların sözlərinə görə, bu qərar təkcə bir məhkəmə mübahisəsinin nəticəsi deyil, həm də cəmiyyət üçün verilmiş bir ədalət mesajıdır. Onlar təəsüratlarını saytımıza bölüşüblər: “Bu xəbəri çoxdan gözləyirdik və bu qərar bizim üçün təkcə hüquqi deyil, mənəvi qələbədir. Apellyasiya Məhkəməsinə obyektiv mövqeyinə görə təşəkkür edirik. İnanırıq ki, Ali Məhkəmə də bu ədalətli yanaşmanı təsdiqləyəcək. Haqq-ədalət heç vaxt üzülməz və sonda mütləq qalib gəlir. Məhkəmənin bu qərarı, ictimaiyyətə bir daha göstərdi ki, haqlı mübarizə nəticə verir və qanun çərçivəsində hüquqlarını tələb edənlər sonda qalib gəlir”.

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sitat.info
archiveBu xəbər 01 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri