Icma.az
close
up
RU
Bakı Bəyannaməsi qlobal gömrük gündəliyində...

Bakı Bəyannaməsi qlobal gömrük gündəliyində...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümumdünya Gömrük Təşkilatı bəyannaməni gömrük sisteminin inkişafında strateji sənəd hesab edir

Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin konfransında ötən il Bakıda keçirilmiş COP29 toplantısı çərçivəsində qəbul olunmuş “Yaşıl Gömrük - Yüksək Gömrük Rəsmilərinin Dialoqu”nun Bakı Bəyannaməsi müzakirəyə çıxarılıb. Gömrük orqanları “Yaşıl Gömrük” konsepsiyasının gömrük idarəçiliyində ekoloji məsuliyyət və dayanıqlılığı təşviq etmək, ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həlli sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından unikal platforma olduğunu vurğulayıblar. Qeyd olunub ki, Bakı Bəyannaməsi gömrük orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə rolu, ətraf mühitə zərərli məhsulların dövriyyəsinin məhdudlaşdırılması, yaşıl texnologiyaların tətbiqi və ekoloji baxımdan dayanıqlı ticarətin təşviqi kimi əsas prioritetləri əhatə edir.

“Yaşıl Gömrük” sistemində unikal platforma

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Yaşıl Gömrük” təşəbbüslərinin qlobal gömrük sisteminin strateji inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq Bakı Bəyannaməsinin bu sahədə qəbul olunmuş ilk institusional və çoxtərəfli sənəd kimi tarixə düşdüyünü qeyd edib. O, gömrük xidmətlərinin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə artan roluna diqqət çəkərək Bakı Bəyannaməsinin bu istiqamətdə gələcək təşəbbüslər üçün strateji əsas və istiqamətverici sənəd ola biləcəyini bildirib.

ÜGT-nin Avropa regionu üzrə sədr müavini, Norveç Gömrük Xidmətinin rəhbəri Oystein Bormer Bakı təşəbbüsünün ekoloji dəyərlərin gömrük vasitəsi ilə təşviqi baxımından mühüm addım olduğunu vurğulayıb. Qeyd edilib ki, “Yaşıl Gömrük” təşəbbüsü yeni iqtisadiyyat quruculuğu, asan və maneəsiz gömrük zonalarının yaradılması, dayanıqlı ticarət və ətraf mühitin mühafizəsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, “Yaşıl Gömrük” təşəbbüsü ilk növbədə gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir. Bu konsepsiya beynəlxalq təşkilatlar, elmi dairələr, özəl sektor, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxilində, ekoloji cəhətdən təmiz ticarət siyasətlərinin, həmçinin dayanıqlı və yaşıl təchizat zəncirlərinin dəstəklənməsini qarşıya məqsəd qoyur, Dünya gömrük administrasiyaları müasir yaşıl və ağıllı texnologiyalardan istifadə etməklə ticarət rejimlərinin səmərəliliyinin artırılması, sərhəd-keçid proseslərinin sadələşdirilməsi, nəqliyyat və logistika sahəsində ekoloji problemlərin minimuma endirilməsində bu konseptin mühüm proqram xarakterli əhəmiyyətini xüsusi dəyərləndirir. Eyni zamanda, ticari potensialların gücləndirilməsi, gömrük əməkdaşlarının nəzarət sisteminin asanlaşdırılması və şəffaflığın təmin edilməsində də “Yaşıl Gömrük” sistemi mühüm əhəmiyyət kəsb edir.

Qlobal ticarətdə kollektiv fəaliyyət planı

Bakı Bəyannaməsi, həmçinin qlobal ticarət iştirakçıları arasında kollektiv ticarət alyansının yaradılması və bu məqsədlə gömrük rejimlərində asan preferensial (qarşılıqlı güzəşt) qaydaların tətbiqini də təşviq edir. Həmin təşviqlərin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Bu baxımdan tərəflər arasında mərhələli şəkildə idxal və ixrac olunan bir sıra məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldılması istisna deyil.

ÜGT-nin tarif və ticarət məsələləri üzrə müvəqqəti direktoru Qael Qrubi hesab edir ki, dünyada hökumətlərin “yaşıl və davamlı ticarəti” təşviq edən siyasətlərinin həyata keçirilməsində yeni gömrük alətləri mühüm rol oynayır. Bu baxımdan “Yaşıl Gömrük” çox geniş bir anlayış olmaqla  ticarətlə ekoloji çərçivəni tamamlayır. Bu təşəbbüs, eyni zamanda, gömrük orqanları arasında “yaşıl  ticarətin” iqlim çağırışlarına uyğun qurulmasını və inkişafını stimullaşdırır. Çünki ticarət ətraf mühitin deqradasiyası, çirklənməsi və iqlim dəyişikliyinin bir hissəsi olduğu üçün, bu problemlərin həllində də mühüm rol oynaya bilər.

Azərbaycan gömrük sistemini  “yaşıllaşdırır”

Göründüyü kimi dünya gömrük orqanları bu konsepsiya ilə dünyada ekoloji dayanıqlığa töhfə verən daha faydalı gömrük şəbəkəsi yaratmağı düşünür.  Azərbaycan bu prosesdə fəal rol oynamaqla, ətraf mühitin mühafizəsi istiqamətində bir sıra mühüm islahatlar həyata keçirərək gömrük sisteminin “yaşıllaşmasını” təşviq etməkdədir. Ölkəmizdə “yaşıl nəqliyyat”a keçidi təşviq etmək üçün elektrik və hibrid nəqliyyat vasitələrinin idxalına tətbiq olunan gömrük güzəştləri buna nümunəsidir. 2019-cu ildən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad edilmiş, həmçinin 2022-ci ildən isə istehsal tarixi 3 ildən az olan elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gömrük rüsumundan azaddır. Bu istiqamətində mühüm tədbirlər davam etdirilir və digər “yaşıl alətlər”in tətbiqi ilə bağlı aidiyyatı orqanlarla sıx əməkdaşlıq aparılır.

Azərbaycanın qəbul etdiyi Bakı Bəyannaməsinin ümumdünya gömrük ailəsi üzvləri arasında səmərəli mexanizm kimi inkişaf etdirilməsini dəstəkləyən Türkiyə, Qazaxıstan, Gürcüstan, Rusiya, Tacikistan, Ukrayna, Türkmənistan nümayəndələri, eləcə də Avropa İttifaqı ölkələri Bəyannamənin ÜGT-nin 2025-ci ilin iyun ayında keçiriləcək Siyasi Komissiyası və Gömrük Əməkdaşlıq Şurasının gündəliyinə daxil edilməsini irəli sürüblər. ÜGT üzvləri Bakı Bəyannaməsinin rəsmi sənəd kimi qəbul olunması razılaşdırılıb.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see438

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see282

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see279

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see266

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see266

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see264

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see262

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see259

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see257

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see253

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see232

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see229

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see212

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see211

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see210

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see201

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see191

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see186

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see183

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri