Icma.az
close
up
RU
CARECin Bakı Bəyannaməsi

CARECin Bakı Bəyannaməsi

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı tərəfdaşlar arasında koordinasiyanı gücləndirəcək

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına həsr olunmuş Yüksək Səviyyəli Sessiya keçirilib. Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Əməkdaşlıq və İnteqrasiya Departamentinin regional bölməsi tərəfindən keçirilən tədbirdə CAREC Proqramının Azərbaycanın inkişafına verdiyi töhfələrdən bəhs olunub. Tərəflər iqlim dəyişiklikləri ilə mübarizədə vahid yanaşma prinsipinə keçid, iqlim risklərinə qarşı təsirli hazırlıq mexanizminin qurulması,  su, enerji və qida təhlükəsizliyi, aşağı karbonlu fəaliyyətin təmin edilməsi istiqamətində tərəfdaşlığın gücləndirilməsini qərara alıb. Bu təşəbbüslərin gerçəkləşməsi məqsədilə üzv olan ölkələr arasında İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb.

“Yaşıl enerji” koalisiyasının üzvləri

Asiya İnkişaf Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı regionun və Azərbaycanın inkişafında mühüm rol oynayan platforma kimi son illərdə əhəmiyyətini və rolunu daha da artırmaqdadır. Proqrama üzv ölan ölkələrdə son illərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq xətlərinin artan dinamikası, xüsusilə də əmttə mübadiləsi, nəqliyyat daşınmaları, investisiya axınları bu təsisatın faydalı iqtisadi ortaq mühit yaratmaq potensialını nümayiş etdirir. Azərbaycanın CAREC ölkələri ilə son 2 ildə əlaqələrində xüsusi müsbət meyillər yaranması isə ölkəmizin regional müstəvidə fəallığını artırmasına dəlalət edir. Proqramın prioritet istiqamətlərindən biri olan nəqliyyat, ticarət və energetika sahələrində Azərbaycan daha çox təşəbbüskarlığı ilə diqqət çəkir, Uzaq Asiyadan Avropaya uzanan Yeni İpək Yolunun mərkəzi qovşağı olan Orta Dəhliz ailəsində lider ölkələrdən biri kimi çıxış edir. Azərbaycan bu təsisatın bir çox ölkəsi ilə ənənəvi enerji sahəsində sıx partnyordur və “yaşıl enerji” üzrə də hazlırda birgə koalisiya qurulub.

Azərbaycanın CAREC ölkələri ilə ticarətinin həcmi 4 milyard dollara çatıb

Yüksək Səviyyəli Sessiyada çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, proqram müxtəlif sektorlar üzrə layihələrə sərmayə qoyuluşunda dəstəkləyici rol oynayıb. Həmçinin, regionda mühüm nəqliyyat qovşağına çevrilən Azərbaycanın tranzit və logistika üzrə prosedurlarının təkmilləşdirilməsində və ticarətin rəqəmsallaşmasında CAREC-in xüsusi önəmi olub.

Azərbaycanın CAREC ölkələri ilə səməmərli əməkdaşlığı iqtisadi-ticari, investisiya dinamikasını böyüdüb. 2024-cü ilin doqquz ayı ərzində Azərbaycan ilə bu təsisata üzv olan dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb və ölkəmizin ümumi xarici ticarət balansında payı 11,5 faiz təşkil edib. Üzv ölkələrin Azərbaycana birbaşa investisiyaları isə 1,4 milyard dollara, respublikamızın birbaşa investisiyaları isə 4,2 milyard dollara çatıb.

İqlim hədəflərinə uyğun olaraq proqramda yer alan ölkələrin müasir gündəliyində karbon emissiyasını azaldan sənaye və nəqliyyat sxemlərinin yaradılması, logistika qovşaqlarının rəqəmsallaşması, ticarətin asanlaşdırılması, “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi əsas yer tutur. Azərbaycan həmin prinsiplərə sadiq qalaraq CAREC alyansı ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi üçün səylərini davam etdirir, xüsusilə də ticarətin asanlaşdırılması, nəqliyyat-tranzit daşımalarında qarşıqlıqlı güzəşt rejimlərinin təbiqi yollarını nəzərdən keçirir.

CAREC Bakı Təşəbbüsünə dəstək verir

CAREC-in iqlim hədəflərinin reallaşmasında maliyyə təminatı məsələsi də xüsusi əhəmiyyət kəsb edir ki, tərəflər bu sahədə iqlim maliyyəsinin dayanıqlılığını təmin etmək niyyətindədir. Proqrama daxil olan ölkələr iqlim maliyyəsi, investisiya və ticarət sahəsində Bakı Təşəbbüsünü (BICFIT) də dəstəklədiklərini bəyan edib. Bu sahədə Asiya İnkişaf Bankının (AİB) əsas donorlardan biri kimi rolunu artıracağı istisna deyil. Bankın prezidenti Masatsuqu Asakava bildirib ki, AİB CAREC İqlim və Davamlılıq Layihəsinə Hazırlıq Fondunda maliyyə təchizatçısı kimi fəaliyyətini artırmaq niyyətindədir. Bundan başqa, digər maliyyə institutlarının da dayanıqlı maliyyə portfelinin formalaşması üçün bu prosesə cəlb olunması təşviq edilməkdədir. Nəzərə alsaq ki, CAREC blokunda Asiya İnkişaf Bankı ilə yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı da tərəfdaşdır, onda Bakı Təşəbbüsünün və Hazırlıq Fondunun prioritetlərinə çatmaq üçün geniş və güclü maliyyə arxitekturası mövcuddur.

Göründüyü kimi CAREC-in məqsəd və prioritetlərinin icrasında fəal və təşəbbüskar ölkə kimi Azərbaycanın xüsusi aktivliyi birgə hədəflərə çatmaqda mühüm rol oynayır. Nəzərə alsaq ki, CAREC Proqramının yeni strateji çərçivə sənədinin hazırlanması ilə bağlı anlaşma sazişi də 2017-ci ilin may ayında Bakıda baş tutub, onda respublikamızın qlobal sazişlərin imzalanması üçün mərkəzi zona olması təsadüfi deyil.

COP29 çərçivəsində imzalanan “İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi”  üzv ölkələr arasında yeni hədəflərin gerçəkləşməsində, o cümlədən sosial, iqtisadi və ekoloji sahələrdə təşəbbüslərin dəstəklənməsində əlaqələndirici platformanı formalaşdıracaq. Sənəd “yaşıl prinsiplər”ə çatmaqda bir sıra texniki-hüquqi proderların təkmilləşdirilməsinə, yeni fəaliyyət çərçivəsinin müəyyənləşməsinə və nəticədə birgə qarşılıqlı əlaqələrin güclənməsinə ciddi töhfə verəcək. Ticari və investisiya bloklarında daha asan rejimlərinin qurulması tərəflərin manesiz tranzitləri həyata keçirməsi, rəqəmsal mübadilələri tənzimləməsi proseslərini də yaxşılaşdıracaq. Bu isə əsas başlıca prinsiplərdən olan iqlim dəyişikliyi üzrə dialoqun təşviqinə və praktiki addımarın atılmasına imkan verəcək.

CAREC Nazirlər Konfransında İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı təqdim olunacaq. Fəaliyyət Planı CAREC-in təşəbbüslərini şaxələndirəcək, regional iqlimə uyğunlaşma və təsirlərin azaldılması layihələrinin hazırlanmasına, həyata keçirilməsinə dəstək verəcək, tərəfdaşlar arasında koordinasiyanı gücləndirəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Noyabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see382

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see296

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see263

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see255

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see252

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see232

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see209

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see207

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see198

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see195

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see175

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see171

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see169

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see166

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see163

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see159

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see155

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see147

Ukrayna parlamentinə Baş nazirin istefa ərizəsi daxil olub

13 İyul 2026 23:17see146

Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

14 İyul 2026 01:50see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri