Bakı Bəyannaməsi qəbul edildi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin yekununda Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib.
Axar.az xəbər verir ki, Bəyannamədə süni intellekt texnologiyalarının hazırlanması və tətbiqi zamanı insan hüquq və azadlıqlarının, eləcə də insan ləyaqətinin qorunmasının əsas prioritet olduğu vurğulanıb.
Sənəddə üzv dövlətlərə insan hüquqlarına əsaslanan, təhlükəsiz, şəffaf və hesabatlı süni intellekt idarəetmə mexanizmlərinin inkişafı, məlumatların qorunması, alqoritmik qərəzliliyin qarşısının alınması və səmərəli hüquqi nəzarətin təmin edilməsi tövsiyə olunur.
Həmçinin süni intellekt sistemlərinin bütün mərhələlərində insan hüquqlarına təsirin qiymətləndirilməsi, qərarların qəbulunda insan nəzarətinin saxlanılması, şəxsi məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi vacib hesab edilir.
Bəyannamədə alqoritmik ayrı-seçkiliyə qarşı müstəqil monitorinq və audit mexanizmlərinin inkişafı, həssas qrupların müdafiəsinin gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması, dezinformasiya və nifrət nitqi ilə mübarizənin gücləndirilməsi də əksini tapıb.
Sənəddə, həmçinin ombudsman institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi, özəl sektorun insan hüquqlarına hörmətlə yanaşmasının təmin edilməsi çağırışı da yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 İyun 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















