Icma.az
close
up
RU
EU Reporter : Qarabağ beynəlxalq forumların məkanına çevrilib

EU Reporter : Qarabağ beynəlxalq forumların məkanına çevrilib

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olduqdan sonra xüsusilə enerji və nəqliyyat sahələrində mühüm regional layihələri təşviq edən fəal iştirakçı kimi tanınır".

Oxu.Az xəbər verir ki, bu barədə "EU Reporter" nəşrində dərc olunmuş məqalədə bildirilib.

Nəşrdə qeyd olunub ki, Azərbaycan İƏT sammitlərinə artıq iki dəfə - 2006-cı ilin mayında (9-cu) və 2012-ci ilin oktyabrında (12-ci) ev sahibliyi edib, lakin ən əhəmiyyətli hadisə bu yaxınlarda Xankəndidə baş tutmuş 17-ci sammit olub.

"Xankəndidə keçirilən sammit Qarabağın reinteqrasiyası və bərpası kontekstində xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azad olunmuş Qarabağ bölgəsi artıq mühüm diplomatik görüşlər və beynəlxalq forumlar üçün məkana çevrilib", - deyə müəllif vurğulayır.

Məqalədə bildirilir ki, Azərbaycan İƏT çərçivəsində yaşıl keçid, nəqliyyat və logistika kimi iqtisadiyyatın əsas istiqamətləri üzrə əməkdaşlığı daha da dərinləşdirməyə qərarlıdır.

"2024-cü ildə Azərbaycanın İƏT ölkələri ilə ümumi ticarət dövriyyəsi 7.95 milyard ABŞ dolları təşkil edib. Bunun 77.1%-i Türkiyə ilə, 8.1%-i İran, 5.9%-i Qazaxıstan, 4.8%-i Türkmənistan ilə olub. Digər tərəfdaş ölkələr isə Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan və Əfqanıstandır", - deyə məqalədə vurğulanıb.

Qeyd olunub ki, İƏT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi strateji əhəmiyyət daşıyır, çünki təşkilatın bir neçə üzvü - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə - Türk Dövlətləri Təşkilatının (TDT) da üzvləridir. Bu isə regionun ortaq maraqlarını daha da yaxınlaşdırır.

Bundan başqa, Azərbaycan regionda nəqliyyat əlaqələrinin həlledici oyunçusudur.

"Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) kimi regional layihələrdə iştirak edir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında birbaşa əlaqəni genişləndirir, bununla da Azərbaycanın geosiyasi, geoiqtisadi əhəmiyyətini artırır. Bu layihə nəqliyyat xərclərini azaldır, tranzit imkanlarını genişləndirir, İƏT regionunda ticarəti artırır və ölkəni beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirir", - deyə nəşr vurğulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri