Icma.az
close
up
RU
Bakı Britaniya əməkdaşlığı Azərbaycanın mövqeyini möhkəmləndirir Politoloq

Bakı Britaniya əməkdaşlığı Azərbaycanın mövqeyini möhkəmləndirir Politoloq

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın təsir mexanizmləri neytrallaşır

Prezident İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib. Azərbaycan dövlət başçısı ilə görüşdən məmnunluğunu bildirən qonaq ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib. Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlət başçısını təbrik edib. Prezident sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyib və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb. Görüşdə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub. Tərəflər həmçinin, regional proseslər barədə fikir mübadiləsi aparıb və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının inkişafı üçün mövcud imkanları dəyərləndiriblər.

Azərbaycan-Böyük Britaniya əlaqələrini Sherg.az-a təhlil edən politoloq Fuad Abbasov deyib ki, rəsmi Bakı Londonla əməkdaşlığı genişləndirmək niyyətindədir. Ekspert vurğulayıb ki, Böyük Britaniya çar Rusiyası dövründən bu yana Qafqaz regionuna xüsusi maraq göstərməkdədir:

"Bu maraq istər Mixail Saakaşvili dönəmində Gürcüstana, istərsə də indiki Nikol Paşinyan zamanı Ermənistana münasibətdə periodik olaraq özünü büruzə verməkdədir. Amma Azərbaycanla Böyük Britaniya əlaqələri 1918-ci ildə Cümhuriyyət qurulandan etibarən aktuallığını qoruyub. Düzdür, sovet dövründə münasibətlər minimum səviyyəyə endirilmişdi. Ancaq Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra Böyük Britaniya ilə ikili münasibətlər qurulmuş və əlaqələr genişlənmişdi. Xüsusən, torpaqlarımızın işğaldan azad edilməsindən, suverenliyimizin bərpasından və Cənubi Qafqazda güc sahibi olmağımızdan dolayı Azərbaycan hazırda Londonun diqqətini daha çox çəkir. Əlbəttə, Bakı-London əlaqələrinin Rusiyanı narahat etdiyi bəllidir. Lakin Azərbaycan müstəqil dövlət kimi xarici siyasətində bütün qərarlarını özü verir. Bakı istədiyi dövlətlə siyasi-hərbi, mədəni, diplomatik əlaqələr qurur. Böyük Britaniyanın Azərbaycandakı səfiri mütəmadi olaraq sosial şəbəkədə bizim dildə mesajlar verir ki, bu da Londonun Bakıya marağından, diqqətindən xəbər verir. Üstəlik, kifayət qədər gəncimiz Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil alır. Böyük Britaniya ilə münasibətlərin eyni zamanda Şimali İrlandiya vasitəsilə dərinləşdirilməsi də zəruridir. Çünki Şimali İrlandiya texnologiya, data və internet, yaşıl enerji sahəsində çox ciddi inkişaf yolu keçib. Azərbaycan da bundan faydalana bilər".

F.Abbasov əlavə edib ki, Azərbaycan və Böyük Britaniya əlaqələri hərbi və müdafiə sənayesi sahəsində də inkişaf edə bilər:

"Azərbaycan 44 günlük müharibədən sonra bütün dünyaya yeni texnologiyalar ilə müharibə aparmaq metodunu praktik olaraq göstərdi. Savaş epizodları dron çəkilişləri ilə qeydə alındı. 44 günün hər bir günü ayrılıqda dünyanın hərbi ekspertləri tərəfindən dəqiqliklə izlənildi. Bu da Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlığın "alt yapısı"nı, yəni təməlini təşkil edir. Həmçinin, "BP" başda olmaqla Böyük Britaniyanın neft-qaz şirkətləri Xəzər dənizinin neft-qaz mədənlərində çox aktivdir. "Əsrin müqaviləsi"ndən etibarən davam edən enerji əməkdaşlığı hazırda yüksək səviyyədə davam etdirilir. Zaman-zaman müəyyən texniki nasazlıqlar, hətta narazılıqlar olsa da, bunlar ümumi münasibətlərin zədələnməsinə səbəb olmur. Nəticə etibarı ilə Bakı-London əlaqələrinin güclənməsi Azərbaycanın xarici siyasətdə mövqeyini möhkəmləndirir. Rusiyanın təsir mexanizmlərini neytrallaşdırır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri