Icma.az
close
up
RU
Azərbaycanın Britaniya ilə əməkdaşlığı tarixi fürsətdir ŞƏRH

Azərbaycanın Britaniya ilə əməkdaşlığı tarixi fürsətdir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bu tərəfdaşlıq Bakıya diplomatik çeviklik və Avropa ilə Cənubi Qafqaz arasındakı strateji körpü rolunu möhkəmləndirməyə şərait yaradır

Azərbaycan regionda (Cənubi Qafqaz - red.) Böyük Britaniyanın ən dəyərli tərəfdaşlarından biridir.

Bu barədə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays bildirib.

O qeyd edib ki, burada gördükləri onu çox ruhlandırıb: “Əminəm ki, Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı gələcək illərdə də inkişaf edəcək", 

Son günlərdə ölkənin şərqindən - Xəzər dənizi sahilindən qərbdəki Naxçıvana qədər səfər etdiyini xatırladan Lord Con əlavə edib ki, bu müddət ərzində Prezident İlham Əliyev, nazirlik rəhbərləri və hökumət əməkdaşları ilə görüşlər keçirib.

Lord Con Azərbaycanın Böyük Britaniya ilə iqtisadiyyatın bir çox əsas sektorlarında, o cümlədən təmiz enerji, Orta Dəhlizin infrastrukturu, iqtisadiyyatın diversifikasiyası və təhsil sahələrində birgə layihələr üzərində əməkdaşlığın inkişaf etdirilməsini istədiyini vurğulayıb. Ticarət elçisi əlavə edib ki, strateji tərəfdaşlıq səviyyəsinə qədər dərinləşən bu əməkdaşlıq gələcəkdə daha çox nailiyyətlərə yol açacaq.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyanın Azərbaycanı Cənubi Qafqazda “ən dəyərli tərəfdaşlardan biri” kimi qiymətləndirməsi, ilk növbədə Bakının regional geosiyasi əhəmiyyətinin artdığını göstərir:

“Lord Con Alderdaysin səfəri zamanı vurğuladığı əməkdaşlıq perspektivləri həm iqtisadi, həm də strateji səviyyədə real dividendlər vəd edir. Azərbaycan ilə Böyük Britaniya arasındakı tərəfdaşlıq enerji, nəqliyyat, logistika, maliyyə və yüksək texnologiyalar sahələrində yeni investisiya imkanları açır. Xüsusilə Avropa və Asiya arasında tranzit mərkəzi olan Azərbaycan üçün Britaniyanın maliyyə və texnoloji resursları iqtisadi layihələrin sürətlə həyata keçirilməsinə, sənaye və infrastrukturun müasirləşdirilməsinə təkan verə bilər. Strateji baxımdan isə bu əməkdaşlıq Azərbaycanın regional nüfuzunu gücləndirir və balanslaşdırılmış çoxvektorlu siyasətini möhkəmləndirir”. 

T. İsmayılov qeyd edib ki, Britaniyanın siyasi dəstəyi, xüsusən enerji təhlükəsizliyi və regional layihələrdə iştirak imkanları, Azərbaycanın beynəlxalq platformalarda mövqeyini artırır: “Eyni zamanda, bu tərəfdaşlıq Bakıya diplomatik çeviklik və Avropa ilə Cənubi Qafqaz arasındakı strateji körpü rolunu möhkəmləndirməyə şərait yaradır. Nəticədə, iqtisadi və geosiyasi sahələrdə əldə ediləcək dividendlər Azərbaycanın dayanıqlı inkişafına və regional liderlik ambisiyalarına töhfə verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri