Icma.az
close
up
RU
Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək

Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək

Icma.az, 525.az saytına istinadən bildirir.

Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən növbəti immersiv miqyaslı tədbirə ev sahibliyi edəcək.

525.az xəbər verir ki, “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) tədbiri şəhəri müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirən əlamətdar hadisə olacaq.

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə təşkil olunacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.

O, tədbirin əhəmiyyətini belə dəyərləndirir: “Bakıya uçuş - İndi duy. Bu çağırış dinləmək, görmək, hiss etmək və təsəvvür etmək üçündür. Bu, xatirə ilə təsəvvürü, irs ilə yeniliyi, qəlblərlə ümidi birləşdirən bir körpüdür”.

Tədbirin əsas mövzusu - suyu həyatın, yenilənmənin və davamlılığın simvolu kimi araşdırmaqla yanaşı, okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəltməkdir.

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “Fly to Baku Art Weekend. Sense the Future NOW” incəsənət festivalının açılışı olacaq. Elə həmin gün kolumbiyalı modern rəssam, heykəltaraş Fernando Boteronun sərgisi ilə yanaşı, BMT və IDEA-nın birgə təqdimatı ilə Azərbaycanın qabaqcıl rəssamlarının ekoloji məsuliyyət və davamlılıq mövzusunda əsərlərini əhatə edən “My Seas, My Oceans” adlı sərginin də açılışı olacaq.

Tədbirdə, eyni zamanda, Nigar Sultanovanın təqdimatında əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verən “Dance Ability” qrupunun festival üçün hazırlanan immersiv tamaşası nümayiş olunacaq. Həmçinin rəsmi açılış zamanı Amerikadan əfsanəvi Cheryl "Pepsii" Riley (Şeril “Pepsii” Rayli) ilə “Interplay” qrupunun ifasında “R&B” və caz improvizasiyasının unikal qarışığından ibarət unudulmaz konsert baş tutacaq.

Festival müddətində Bakının bir çox simvolik abidələri - Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və şəhərimizdə fəaliyyət göstərən müxtəlif qalereyalar 40-dan çox təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv texnologiyaları əhatə edən çoxşaxəli proqramlarla canlanacaq. Məkan, xüsusi qurğular, performanslar, təhsil proqramları və icma təşəbbüsləri vasitəsilə “İncəsənət həftəsonu” layihəsi həm Azərbaycanın mədəni irsini, həm də müasir yaradıcılığının əks-sədasını ön plana çıxaracaq.

Festivalın proqramı olduqca zəngindir. Üçgünlük tədbir müddətində xarici və yerli sənətsevərlərin diqqətinə Elvin Nəbizadənin “Sonuncu dalğa” kinetik instalyasiyası, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ədəbiyyatı, sənətkarlığı və ekologiyanı birləşdirən çoxşaxəli “Püstə ağacı: yaddaşın kökləri” layihəsi, Nigar Həsənzadənin başçılığı ilə poeziya gecələri,  Firuzə Sultan-zadənin təqdimatında 3-14 yaş qrupu uşaqlar üçün incəsənətin müxtəlif sahələrini əhatə edən maraqlı, rəngarəng və faydalı məşğuliyyətlərdən ibarət xüsusi proqram, “Baku Steel Art 2025” festivalının iştirakçılarının əsərləri təqdim olunacaq. Tədbir sərgi və performanslardan əlavə, inklüziv bir platforma yaradaraq, mühazirələr, ekskursiyalar, ekoloji seminarlar və studiya ziyarətləri də təqdim edəcək.

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” yalnız mədəniyyət tədbiri deyil; o, keçmiş ilə gələcəyi, yerli ilə beynəlxalqı, ənənəvilik ilə yeniliyi özündə birləşdirən bir körpüdür. Tədbir bütün dünyanı Azərbaycanın yaradıcılığını ən canlı və çoxşaxəli şəkildə kəşf etməyə çağırır.

“İncəsənət həftəsonu”nun proqramına daxil olan bəzi sərgilər oktyabrın 29-dan etibarən fəaliyyətə başlayacaq. Tədbirin ümumi planını və proqramlarını yaxın zamanda təqdim olunacaq rəsmi saytdan izləmək mümkün olacaq. Hazırda bütün sual və təkliflər üçün [email protected] ünvanına müraciət edə, buradan isə -https://www.instagram.com/bakuartweekend?igsh=MWVwZDhnZ3p6c2JvdQ  yenilikləri izləyə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri