Icma.az
close
up
RU
Bakı daha növbəti möhtəşəm bir tədbirə ev sahibliyi edib MÜNASİBƏT BİLDİRİLDİ

Bakı daha növbəti möhtəşəm bir tədbirə ev sahibliyi edib MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Bakı daha növbəti möhtəşəm bir tədbirə ev sahibliyi edib. Belə ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası öz işinə başlayır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, Bakıda keçirilən tədbirdə 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti iştirak edib: "Toplantı açılış sessiyasından sonra nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam edəcəkdir.

Düşünürəm ki, yekunda enerji sahəsində yeni əməkdaşlıqlar üzrə sənədlər imzalanacaqdır. Artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən iclasları müzakirə olunan məsələlər, aparılan diskussiyalar baxımından zəngin olub. Xüsusilə iştirakçıların say tərkibinin ildən-ilə genişlənməsi, bir sıra yeni ölkələrin dövlət və hökumət nümayəndələrinin qatılması tədbirə olan beynəlxalq rəğbətdən xəbər verir".

"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda bir araya gəlməsi ölkəmizin Avropanın enerji təminatında getdikcə artmaqda olan rolundan irəli gəlir. Son illər iqtisadiyyatını getdikcə şaxələndirərək inkişaf etdirən dövlətimiz Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, həm də bərpaolunan enerji mənbələri hesabına təmin etməsi işində də təxirəsalınmaz işlər həyata keçirir. Hazırda Bakıda keçirilən iclasda Avropa bazarına daha çox qaz ixrac edilməsi ilə bağlı imkanların nəzərdən keçirilməsi, “yaşıl” enerji əməkdaşlığının genişləndirilməsi, bərpaolunan enerjinin nəqli və digər məsələləriylə bağlı yeni qərarların verilməsi də gözlənilir. Global siyasətdə baş verən ciddi dəyişikliklər Avropa ölkələrini Azərbaycandan daha çox qaz almağa vadar edir. Bunun üçün isə fəal danışıqlara, fikir mübadiləsi aparmağa daha çox ehtiyac duyulur. Bu baxımdan artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində baş tutacaq iclaslar xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident İlham Əliyevin dediyi kimi Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlərin əldə olunur. Həmçinin dövlətimizin başçısı öz çıxışında bildirib ki, Məşvərət Şurasının iclasları zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinə yeni töhfələrin verəcəkdir" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri