Icma.az
close
up
RU
Bakı Daşkənd əlaqələri: Strateji prioritetlər və perspektivlər Təhlil

Bakı Daşkənd əlaqələri: Strateji prioritetlər və perspektivlər Təhlil

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərə yeni strateji məzmun qazandırır. Bu səfər əməkdaşlığı Türk Dövlətləri Təşkilatının qlobal və regional gündəliyi ilə üzvi şəkildə birləşdirir.

Yaranmış reallıq fonunda Azərbaycanla Özbəkistanın mədəni, tarixi, siyasi və iqtisadi bağları ilə yanaşı, institusional koordinasiyası da daha da güclənir.

Azərbaycan-Özbəkistan dostluğu əbədi rəsmiləşdi

Dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub. Prezidentlər Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasında iştirak ediblər. Bundan əlavə, hər iki lider Özbəkistanda həyata keçirilən layihələrin açılış və təməlqoyma mərasimlərinə qatılıblar.

Keçirilən yüksək səviyyəli tədbirlər həm Azərbaycanın, həm də Özbəkistanın milli maraqlarına əsaslanan qarşılıqlı faydalı və konstruktiv xarici siyasətlərinin mühüm yaxınlaşmasını nümayiş etdirir. Bu, iki ölkənin beynəlxalq nizamda manevr imkanlarını genişləndirmək üçün prioritetlərini müəyyənləşdirməsinə münbit şərait yaradır. Sözügedən amillər Azərbaycan–Özbəkistan müttəfiqlik əlaqələrinin hüquqi müstəvidə daha da möhkəmlənməsini şərtləndirir.

Bu xüsusda dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanması və mübadiləsi mərasimində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni imzalanması diqqətəlayiq hadisədir.

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında və liderlərin mətbuata bəyanatlarında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müqaviləni yüksək qiymətləndirib.

Bu sənəd dostluq və qardaşlıq əlaqələrinin dayanıqlılığını və davamlılığını təmin edən mühüm əhəmiyyətə malikdir. Çünki Müqavilə iki ölkə arasındakı strateji tərəfdaşlığı keyfiyyətcə yeni — ən yüksək hüquqi-siyasi müstəviyə qaldırır. Eyni zamanda, sözügedən sənəd Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionları arasında inteqrasiyanı sürətləndirən mühüm akt kimi çıxış edir.

Bir sözlə, iki dövlətin ortaq konsepsiyaları, xalqlarımız arasındakı münasibətlərin hüquqi-siyasi əsasları daha da möhkəmlənir. Ən başlıcası, bu əməkdaşlıq Avrasiya geosiyasətində Azərbaycan və Özbəkistan üçün geniş fəaliyyət imkanları açır. Həmin müstəvidə Azərbaycan–Özbəkistan əlaqələrini ikitərəfli çərçivəni aşaraq transregional miqyasda formalaşan geosiyasi platforma kimi qiymətləndirmək olar.

Zəngəzur dəhlizinin reallaşması fonunda isə bu bağlantı Avrasiya logistika şəbəkəsinə əlavə dəyər qazandıracaq. Prezident İlham Əliyev Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizinin istifadəyə verilməsi istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirib.

TDT vizyonunda əlaqələr

Dövlətimizin başçısı İlham Əliyevin səfəri Azərbaycanla Özbəkistan arasında geniş sahələri əhatə edən qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, eləcə də ikitərəfli əlaqələrin Türk Dövlətləri Təşkilatının (TDT) müstəvisinə inteqrasiyasına xidmət edir. Bu strateji gündəliyi genişləndirmək üçün yeni potensial istiqamətlər araşdırılır və səfər sözügedən məsələlərin aktuallığını bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin mətbuata bəyanatında Azərbaycanla Mərkəzi Asiyanı böyük potensiala və daha geniş inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region kimi xarakterizə etməsi xüsusi diqqət çəkir. Dövlət başçısının Mərkəzi Asiyada bu cür mesajlar verməsi genişmiqyaslı regionlararası geostrateji inteqrasiyanı təmin edən qətiyyətli yanaşmanın təzahürüdür.

Buna görə də Özbəkistana səfərin geniş vizyonunu aşağıdakı əsas tezislər şəklində ümumiləşdirmək olar:

-Azərbaycan Respublikası Mərkəzi Asiyada beynəlxalq və regional aktorların motivasiyalarını, eləcə də onların TDT-yə olan maraqlarını dərindən təhlil edir;

-Rəsmi Bakı Avrasiya geosiyasətində təchizat zəncirlərinin yenidən qurulması prosesində öz mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan Çini Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa ilə birləşdirən Orta Dəhliz marşrutuna uyğunlaşan prioritetləri dəstəkləyir;

-TDT-nin geniş coğrafi ərazisi və malik olduğu təbii resurslar təşkilatın Avrasiya geosiyasətindəki mövqeyini müsbət məcrada inkişaf etdirir. Azərbaycan–Özbəkistan münasibətləri və bu əlaqələrin gələcəyi həmin müstəvidə strateji meyarların müəyyənləşdirilməsində mühüm indikator kimi çıxış edir;

-Bu çərçivədə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Xəzər dənizi vasitəsilə davam etdirilməsi Bakı və Daşkənd üçün xüsusi əhəmiyyət kəsb edir. Yəni Xəzərə birbaşa çıxışı olmayan Özbəkistan ərazisindən keçən Çin yükləri Xəzər dənizinə çatmaq üçün iki əsas marşrutdan - Türkmənistan və Qazaxıstandan istifadə edə bilər.

Göründüyü kimi, beynəlxalq nəqliyyat-logistika zəncirinin mühüm halqasına çevrilən Azərbaycan və Özbəkistan Avrasiyanın nəqliyyat-kommunikasiya bağlantısına böyük töhfə verir. Digər tərəfdən, Azərbaycan–Özbəkistan strateji oxunun sənədlərlə rəsmən möhkəmləndirilməsi qlobal və regional güc mərkəzlərinin qeyri-müəyyənliklərlə üzləşdiyi bir dövrə təsadüf edir. Ona görə də demək olar ki, TDT-nin institusionallaşdırılması həm də ortaq təhlükəsizlik və müdafiə yanaşmaları ətrafında qurulur.

Azərbaycan və Özbəkistan mədəniyyət, dil, təhsil və milli kimlik amilləri ətrafında birləşən TDT-nin gündəliyini xarici siyasətin geosiyasi ölçü qazanmasında mühüm potensial kimi qiymətləndirir. Təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlıq isə bu strateji portfeldə xüsusi çəkiyə malikdir. Bu baxımdan Azərbaycanın Cənubi Qafqazdakı liderlik statusu onun geniş strateji baxışlarının vacib bir hissəsini Mərkəzi Asiya regionuna yönəldir.

Bu amil Azərbaycanla Özbəkistan arasındakı münasibətlərdə strateji planlaşdırma və koordinasiya səylərini daha da gücləndirir. Eyni zamanda, TDT çərçivəsində müasir çağırışlara qarşı təhlükəsizlik və müdafiə immunitetinin möhkəmləndirilməsinə xidmət edir.

Mərkəzi Asiyada sülhün və sabitliyin qorunub möhkəmləndirilməsi isə regionu dayanıqlı inkişaf zonasına çevirməklə yanaşı, iri investisiyalar üçün geniş imkanlar açır.

Nəticə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkəndin Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid geosiyasi məkan kimi görmək strategiyasını fəal mərhələyə keçirir. Regional maraqların bu cür yenidən formalaşdırılması strateji baxışın əhatə dairəsini daha da genişləndirir.

Cənubi Qafqazla Mərkəzi Asiyanı əhatə edən layihələr, o cümlədən nəqliyyat-logistika gündəliyi Azərbaycanın xarici siyasətdəki çevikliyini də artırır. Eyni zamanda, Azərbaycan və Özbəkistan təkmilləşdirilmiş nəqliyyat marşrutları vasitəsilə Avrasiya logistika və təchizat zəncirində təhlükəsizlik konsepsiyasını formalaşdıran siyasətləri bir-biri ilə tam uzlaşdırırlar.

Müəllif – Aqşin Kərimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri