Icma.az
close
up
RU
Bakı Daşkənd tandemi: Strateji əməkdaşlığın idman meydanı

Bakı Daşkənd tandemi: Strateji əməkdaşlığın idman meydanı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

2027-ci ildə 20 yaşadək kişilər arasında futbol üzrə Dünya Çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək. Bu, təkcə idman sahəsində deyil, həm də geosiyasi, mədəni və strateji müstəvilərdə mühüm məna daşıyır. Ona görə ki, bu qərar son illər Türk dünyasında müşahidə olunan inteqrasiya proseslərinin praktik nəticələrindən biridir və regiondaxili əməkdaşlığın artıq real beynəlxalq layihələr səviyyəsinə yüksəldiyini təsdiqləyir.

Azərbaycan və Özbəkistan Türk dünyasının ən qədim dövlətçilik ənənələrinə malik ölkələrindəndir. Ortaq tarix, dil və mədəniyyət bu iki xalq arasında münasibətləri diplomatik əlaqələr çərçivəsindən çıxararaq dərin qardaşlıq səviyyəsinə yüksəldib. Müstəqillik dövründə bu əlaqələr yeni məzmun qazanaraq strateji tərəfdaşlıq mərhələsinə çatıb. Son illərdə imzalanan siyasi, iqtisadi və humanitar sənədlər, qarşılıqlı səfərlər və ortaq layihələr bu münasibətlərin sistemli xarakter aldığını göstərir. U-20 Dünya Çempionatına birgə ev sahibliyi də məhz bu prosesin məntiqi davamıdır.

Bu hadisənin Türk Dövlətləri Təşkilatı baxımından əhəmiyyəti xüsusilə diqqətəlayiqdir. TDT artıq yalnız mədəni platforma deyil, siyasi və iqtisadi koordinasiya mərkəzinə çevrilməkdədir. Beynəlxalq miqyaslı bir idman tədbirinin üzv ölkələr tərəfindən birgə təşkili təşkilatın funksional gücünü və qlobal iddialarını nümayiş etdirir. Bu çempionat Türk dünyasının həm də ortaq gələcəyə sahib olduğunu dünyaya göstərən simvolik bir hadisədir.

Əlbəttə, bu qərarın arxasında Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış yüksək səviyyəli siyasi etimad və şəxsi dostluq münasibətləri dayanır. Müasir beynəlxalq münasibətlərdə liderlərarası şəxsi münasibətlərin böyük layihələrin reallaşmasında mühüm rol oynadığı danılmazdır. Hər iki prezidentin idmana, xüsusilə gənclər futboluna verdiyi önəm, ölkələrində yaradılan müasir idman infrastrukturu və əvvəlki beynəlxalq yarışların uğurla təşkili FIFA və digər qurumların etimadını qazanmağa şərait yaradıb. Bu da birgə ev sahibliyinin qəbul olunmasını asanlaşdıran əsas amillərdən biridir.

Hər iki liderin uğurlu idman siyasəti və futbolun inkişafına verdiyi yüksək önəm beynəlxalq idman qurumlarının etimadını qazanmağa imkan verib. Prezidentlərin mütəmadi görüşləri və yüksək səviyyəli dialoqları bu birgə layihənin uğurla irəliləməsi üçün möhkəm siyasi iradə nümayiş etdirir. Onların şəxsi münasibətləri iki ölkənin böyük bir tədbiri sinxron və yüksək təşkilatçılıqla keçirə biləcəyinə dair beynəlxalq ictimaiyyətdə inam yaradır. 2027-ci il çempionatı hər iki ölkənin beynəlxalq arenada idman potensialını, müasir infrastrukturunu və təşkilatçılıq qabiliyyətini nümayiş etdirmək üçün misilsiz bir fürsətdir.

Azərbaycan üçün bu, futbol tarixində ilk dəfə kişilərin dünya çempionatının final mərhələsinə ev sahibliyi və millinin iştirakını təmin etmək deməkdir. Tədbir yerli futbolun inkişafına, gənc istedadların kəşf edilməsinə və gənclər arasında əməkdaşlığın dərinləşməsinə böyük təkan verəcək. Eyni zamanda, minlərlə azarkeşin səfəri turizmi canlandıracaq, yerli iqtisadiyyata əhəmiyyətli gəlir gətirəcək və hər iki ölkəni Avropa ilə Asiya arasında bir mədəniyyət körpüsü kimi möhkəmləndirəcək.

2027-ci il U-20 Dünya Çempionatı Azərbaycan və Özbəkistan üçün gənclər siyasəti baxımından da strateji əhəmiyyət daşıyır. Gənclər arasında idman əməkdaşlığı, mədəni mübadilə və sağlam rəqabət mühiti formalaşacaq. Minlərlə gənc futbolçu, məşqçi və azarkeş bu iki ölkə ilə yaxından tanış olacaq, bu da uzunmüddətli humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan üçün isə bu çempionat futbol tarixində yeni mərhələ açır və ölkənin dünya futbol xəritəsində mövqeyini daha da gücləndirir.

İqtisadi baxımdan da bu tədbirin təsiri böyük olacaq. Turizmin inkişafı, xidmət sektorunun genişlənməsi, infrastruktur layihələrinin sürətlənməsi hər iki ölkə üçün əlavə iqtisadi dividendlər və yeni iş imkanları yaradacaq. Eyni zamanda, Azərbaycan və Özbəkistan Avropa ilə Asiya arasında yerləşən strateji mövqelərini idman diplomatiyası vasitəsilə daha da möhkəmləndirərək, özlərini qlobal tədbirlərin etibarlı tərəfdaşı kimi təqdim edəcəklər.

Nəticə etibarilə, 2027-ci il U-20 Dünya Çempionatına Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi etməsi yalnız idman hadisəsi deyil. Bu qərar Türk dünyasının birliyinin gücləndiyini, iki qardaş ölkə arasında strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini və liderlərin siyasi iradəsi sayəsində regional gücün beynəlxalq miqyasda tanındığını nümayiş etdirən tarixi bir hadisədir. Çempionat Türk dünyasının səsinin daha uca eşidildiyi, ortaq dəyərlərin qlobal səviyyədə təbliğ olunduğu mühüm bir platforma olacaq.

Belə mühüm tədbirin yüksək səviyyədə keçirilməsilə bağlı Prezident İlham Əliyev Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. Bu, dövlətimizin tədbirlərə yalnız idman yarışı deyil, strateji beynəlxalq layihə kimi yanaşdığını göstərir. Təşkilat Komitəsinin formalaşdırılması Azərbaycan hökumətinin turnirin yüksək səviyyədə təşkili, infrastruktur, təhlükəsizlik, logistika və beynəlxalq koordinasiya məsələlərinə sistemli yanaşdığını nümayiş etdirir. Bu addımı, eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirlərin idarə olunması sahəsində formalaşmış institusional təcrübəsinin davamı kimi qiymətləndirmək olar.

Bir sözlə, 2012-ci il çempionatı, Azərbaycanın 2015-ci ildə İlk Avropa Oyunları, 2016-cı ildən etibarən Formula 1 Qran-priləri, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə UEFA Avropa Liqasının finalı kimi mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizə gələcəkdə daha böyük və məsuliyyətli yarışların təşkili üçün zəngin təcrübə və yüksək etimad qazandırmışdı. Məhz bu ardıcıl və uğurlu təşkilatçılıq təcrübəsi Azərbaycanın beynəlxalq idman qurumları tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etmiş, ölkənin qlobal idman xəritəsində mövqeyini daha da möhkəmləndirmişdi. Bu amil 2027-ci il U-20 Dünya Çempionatına ev sahibliyi hüququnun qazanılmasını şərtləndirən əsas faktorlar sırasında xüsusi yer tutur və Azərbaycanın uzunmüddətli idman strategiyasının nəticə verdiyini aydın şəkildə nümayiş etdirir.

Səbuhi MƏMMƏDOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri