Icma.az
close
up
RU
Bakı Daşkənd əlaqələri: Türk dünyasının birliyinə gedən yol Şərh

Bakı Daşkənd əlaqələri: Türk dünyasının birliyinə gedən yol Şərh

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin Özbəkistana səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Məclisində iştirakı  türk dünyasının birliyinə, qardaşlığa və geosiyasi yüksəlişə verilən ən güclü mesaj kimi dəyərləndirmək lazımdır.
 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Özbəkistan münasibətləri bu gün təkcə iki dövlət arasında diplomatik əlaqələr deyil, bu həm də, tarixdən, qandan, kökdən gələn bir qardaşlıq, ortaq taleyə bağlanan bir yol, Türk dünyasının böyük gələcəyinə atılan ən ciddi addımlardan biridir. “Prezident İlham Əliyevin Özbəkistana səfəri bu münasibətləri yeni zirvəyə qaldırmaqla yanaşı, bütövlükdə Mərkəzi Asiyanın və Cənubi Qafqazın gələcək geosiyasi düzəninə təsir edən tarixi bir hadisəyə çevrilir.
Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan yalnız siyasi müttəfiq deyil, bütün türk dünyasının birləşməsinə, güc toplamasına və gələcəyə inamla yürüməsinə liderlik edən qardaş ölkələrdir”, - o vurğulayıb.
Deputat  əlavə edib ki, Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında qurulan səmimi, etimada söykənən siyasi dialoq artıq regional deyil, qlobal səviyyədə ciddi hadisə hesab olunur: 
“Bu münasibətlər: gücün birləşməsi, birlikdə inkişaf iradəsi və türk dünyasının vahid siyasi mövqeyinə çevrilməsi deməkdir.
Azərbaycan və Özbəkistanın regional əməkdaşlıqda eyni sətri oxuması bütün Mərkəzi Asiya üçün sabitlik, inkişaf və gücün simvoluna çevrilir.
Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının müşavirəsində Azərbaycanın xüsusi qonaq kimi iştirakı isə bir daha təsdiq etdi ki, Azərbaycan regionda öz mövqeyini yaradan, reallıqları müəyyən edən əsas aktorlardan biridir.
Bu gün bütün Mərkəzi Asiya ölkələrinin Avropaya açılan qapısı Azərbaycandan keçir. Bu, təkcə coğrafi üstünlük deyil, həm də strateji əhəmiyyət, siyasi güvən və sarsılmaz dostluq amilidir”.
O qeyd edib ki, Azərbaycanın liderlik etdiyi Orta Dəhliz bu gün  türk xalqlarının gələcək yollarını birləşdirən nəhəng layihə rolunda çıxış etməkdədir. “Bu yolda Özbəkistanın artan marağı və Azərbaycanın yaratdığı sabitlik, infrastruktur və siyasi özünütəsdiq bölünməz türk coğrafiyasının iqtisadi gücünü birləşdirir.
Zəngəzur dəhlizinin reallaşması isə türk dünyasının əsrlərlik arzusunun reallaşdıracaq. Zəngəzur dəhlizinin açılması türk dövlətlərini birliyi ilə yanaşı, Mərkəzi Asiyanı Avropaya birbaşa bağlayacaq. Bu da nəticə etibarı ilə Azərbaycanın geosiyasi çəkisini daha da artıracaq. Bir sözlə bu dəhliz yalnız yol deyil, həm də türk dünyasının qəlbinə açılan qapıdır”, - deputat bildirib.
Deputat əlavə edib ki, humanitar və mədəni əlaqələrin dərinləşməsi isə qəlbi birləşdirən körpüləri daha da möhkəmləndirir:
Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələr sadəcə tədbir səviyyəsində deyil, həmçinin ruhi yaxınlıq, tarixi yaddaş, ortaq dəyərlərin yenidən canlanması ilə müşayiət olunur.
Özbəkistanın Füzulidə inşa etdiyi məktəb iki ölkə arasında qardaşlığın simvolu olmaqla yanaşı, şəhid yurdunun yenidən dirçəlməsində Özbəkistanın qardaşlıq möhürüdür.
Tələbə mübadilələri, ortaq filmlər, ədəbiyyat layihələri, mədəni festival və konsertlər türk dünyasının mədəni birliyini daha da gücləndirir”.
 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Noyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri