Icma.az
close
up
RU
Bakı Daşkənd oxu: Türk dünyasının yeni geosiyasi dayağı

Bakı Daşkənd oxu: Türk dünyasının yeni geosiyasi dayağı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq münasibətlər sisteminin ənənəvi təhlükəsizlik arxitekturasının və qlobal institutlarının dərin böhran yaşadığı müasir dövrdə regional güc mərkəzlərinin və alternativ geosiyasi ittifaqların formalaşması labüd xarakter alır. Avrasiya məkanında baş verən tektonik geosiyasi dəyişikliklər, Şərq-Qərb və Şimal-Cənub xətləri boyunca yaranan qeyri-sabitlik, qlobal təchizat zəncirlərinin qırılması region ölkələrini daha sıx, dayanıqlı və institusional əməkdaşlıq modelləri qurmağa sövq edir. Bu cür mürəkkəb qlobal konyunkturada Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli diplomatik münasibətlərin növbəti mərhələsi olmaqla yanaşı, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqazın geosiyasi və geoiqtisadi vahid kimi təşəkkül tapmasının strateji təzahürüdür. 

Ümumən, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər tarixi, mədəni və etnik köklərə əsaslansa da, son illər bu bağlar praqmatik, rasional və dövlət maraqlarına söykənən institusional ittifaq müstəvisinə yüksəlib. İki dövlət arasındakı münasibətlərin təkamül dinamikası bir neçə həlledici mərhələdən keçərək bu gün özünün ən yüksək zirvəsinə, rəsmi müttəfiqlik səviyyəsinə çatıb. İki ölkə lideri – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı yüksək səviyyəli qarşılıqlı etimad, siyasi dialoqun davamlılığı və qətiyyəti ikitərəfli gündəliyin sürətlə zənginləşməsinə təkan verir. Dövlət başçılarının rəhbərliyi ilə təsis edilmiş Dövlətlərarası Şura və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası siyasi qərarların operativ icrasını təmin edən çevik mexanizm rolunu oynayır. Mövcud müttəfiqlik regional və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəklə möhkəmləndirilir. Ölkəmizin başçısının Daşkənddə Prezident Şavkat Mirziyoyevlə mətbuata bəyanatında səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir”.

Prosesin ən mühüm institusional çətiri isə şübhəsiz ki, Türk Dövlətləri Təşkilatıdır (TDT). Regional mədəni-tarixi platformadan beynəlxalq güc faktoruna çevrilən TDT daxilində Azərbaycan və Özbəkistanın nümayiş etdirdiyi sinxronlaşmış siyasi iradə təşkilatın gələcək inkişaf vektorunu və onun qlobal arenadakı çəkisini birbaşa müəyyənləşdirir. 

Türk Dövlətləri Təşkilatı son illər struktur, siyasi və funksional baxımdan fundamental transformasiyaya uğrayıb. Əgər təşkilatın ilkin formalaşma mərhələsində dil, ədəbiyyat və tarixi irsin qorunması kimi humanitar məsələlər üstünlük təşkil edirdisə, bu gün TDT təhlükəsizlik, hərbi sənaye, enerji, ticarət və rəqəmsallaşma sahələrini əhatə edən çoxşaxəli bir güc mərkəzidir.

Özbəkistanın təşkilata tamhüquqlu üzv kimi qoşulması TDT-nin geosiyasi çəkisini kəskin şəkildə artırdı. Mərkəzi Asiyanın ən böyük əhaliyə malik, sənaye və kənd təsərrüfatı potensialı yüksək olan dövlətinin təşkilat daxilində fəallığı Türk dünyasının daxili balansını və güc dinamikasını möhkəmləndirdi. Azərbaycan isə Cənubi Qafqazın hərbi-iqtisadi lideri və Qərbə açılan strateji qapısı kimi TDT-nin Avropaya inteqrasiyasını və qlobal layihələrdə təmsilçiliyini təmin edir.

TDT-nin hazırkı fəaliyyət gündəliyi bir neçə mühüm strateji hədəf üzərində qurulub. Üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili sabitliyinə yönəlmiş hibrid təhdidlərə, terrorizmə və kiberhücumlara qarşı vahid mexanizmlərin yaradılması bu çərçivədə zəruri hesab edilir. Türk İnvestisiya Fondunun təsis edilməsi, ticarətin asanlaşdırılması sazişləri və milli valyutalarda hesablaşmaların genişləndirilməsi də hədəflər arasındadır. Bundan başqa, Tranzit rüsumlarının unifikasiyası, rəqəmsal gömrük dəhlizlərinin (e-Permit, e-TIR) tətbiqi və multimodal logistikanın sinxronlaşdırılması, ənənəvi karbohidrogen resurslarının daşınması, bərpa olunan enerji dəhlizlərinin (Xəzər–Qara dəniz Yaşıl Enerji Dəhlizi) yaradılması mühüm istiqamətlərdən hesab olunur. Azərbaycan və Özbəkistan qeyd olunan təşəbbüslərin bir çoxunda aparıcı lokomotiv rolunu oynayaraq TDT daxilində qərarların qəbul edilməsi prosesini sürətləndirir və təşkilatı beynəlxalq arenada (BMT, İƏT, C6, Qoşulmama Hərəkatı və digər platformalarda) vahid konsensusa malik blok kimi təqdim edir. 

Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması məhz bu strateji kursun institusional ifadəsi kimi qiymətləndirilə bilər. Sənəd iki ölkə arasındakı münasibətlərin ənənəvi dostluq və tərəfdaşlıq çərçivəsindən daha yüksək mərhələyə yüksəldiyini nümayiş etdirməklə yanaşı, siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın uzunmüddətli və dayanıqlı əsaslar üzərində inkişafı üçün yeni imkanlar açır. Daha geniş müstəvidə isə müqavilə iki dövlət arasındakı münasibətlərin möhkəmləndirilməsindən kənara çıxaraq, türk dövlətləri arasında həmrəyliyin və strateji koordinasiyanın gücləndirilməsi baxımından da əhəmiyyətə malikdir. 

Nəzrin ELDARQIZI

XQ

Ekspert rəyi

Yusif BAĞIRZADƏ, politoloq

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı verdiyi bəyanatlar Bakı ilə Daşkənd arasındakı münasibətlərin daha geniş geosiyasi, geoiqtisadi proseslərin mühüm elementinə çevrildiyini göstərir. Səfər zamanı keçirilən Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər və yeni layihələr münasibətlərdə siyasi etimadın real iqtisadi nəticələrlə tamamlandığı deməkdir.

Prezident İlham Əliyevin “Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur” fikri səfərin mahiyyətini anlamaq baxımından xüsusilə əhəmiyyətlidir. Burada söhbət yalnız Azərbaycanla Özbəkistanın əməkdaşlığından getmir. Məsələ Cənubi Qafqazla Mərkəzi Asiyanın iqtisadi və nəqliyyat baxımından daha sıx bağlanması, nəticədə yeni regional əməkdaşlıq məkanının formalaşmasıdır.

Son illər Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin intensivləşməsi bu prosesə əlavə dinamika verib. Özbəkistanın Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qoşulmasına verdiyi dəstək bunun siyasi ifadəsidir. Prezidentin qeyd etdiyi kimi, bu qərarın Daşkənddə qəbul olunması xüsusi rəmzi məna daşıyır. Beləliklə, Azərbaycan artıq Mərkəzi Asiyaya kənardan maraq göstərən ölkə deyil, regionun əməkdaşlıq mexanizmlərində iştirak edən aktordur. Ümümilikdə isə Özbəkistan səfərinin əsas siyasi mesajlarından biri budur ki, Azərbaycan–Özbəkistan tərəfdaşlığı artıq ikitərəfli münasibətlərdən daha böyük məna daşıyır. İki ölkənin paralel iqtisadi inkişafı, siyasi yaxınlığı və nəqliyyat imkanlarının birləşməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi xətt yaradır. Prezidentin ifadəsi ilə desək, “qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi ilə bağlı konkret gündəliyimiz var”. Bu gündəliyin həyata keçirilməsi isə bütövlükdə Türk dünyasının və Avrasiya məkanının iqtisadi inteqrasiyası üçün mühüm nəticələr yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri