Icma.az
close
up
RU
​ Bakı və Daşkənd regional əməkdaşlığın dayağına çevrilib” Siyavuş Novruzov

​ Bakı və Daşkənd regional əməkdaşlığın dayağına çevrilib” Siyavuş Novruzov

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezident İlham Əliyevin Özbəkistana reallaşan son dövlət səfərinin yekunlarını və Daşkənddə mətbuat üçün verdiyi bəyanatları geniş şərh edib.

“AzPolitika” xəbər verir ki, deputat iki qardaş ölkə arasındakı münasibətlərin artıq keyfiyyətcə yeni, daha üstün mərhələyə qədəm qoyduğunu bildirib. S.Novruzov vurğulayıb ki, Bakı və Daşkənd arasında mövcud olan strateji tərəfdaşlıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının geosiyasi və geoiqtisadi inteqrasiyasına mühüm töhfələr verir.

Komitə sədrinin sözlərinə görə, səfər zamanı iki ölkə rəhbərliyi tərəfindən irəli sürülən iqtisadi təşəbbüslər və konkret layihələr əməkdaşlığın möhkəm təməllər üzərində qurulduğunu nümayiş etdirir. O bildirib ki, tərəflər yaxın illərdə ticarət dövriyyəsini 1 milyard dollar həddinə çatdırmağı, qarşılıqlı investisiya qoyuluşunu stimullaşdırmağı və energetika, nəqliyyat-logistika, sənaye, eləcə də kənd təsərrüfatı sahələrində birgə proqramları sürətləndirməyi hədəfləyiblər.

Siyavuş Novruzov Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindəki fəal rolunu xüsusi qeyd edib: "Daşkəndin Qarabağın reabilitasiyasına verdiyi dəstək qardaşlığın real və əməli təzahürüdür. Füzulidə müasir Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə istifadəyə verilən tikiş fabrikinə investisiya yatırılması iki dövlət arasındakı sarsılmaz həmrəyliyin bariz nümunəsidir."

Deputat əlavə edib ki, Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi ikitərəfli münasibətlərin institusional baxımdan daha da möhkəmlənməsinə xidmət edir. Səfər çərçivəsində dövlət başçılarının qarşılıqlı olaraq ali dövlət mükafatları – Prezident İlham Əliyevin "Dostluq" ordeni, Prezident Şavkat Mirziyoyevin isə "Heydər Əliyev" ordeni ilə təltif olunması liderlər arasındakı dostluğun və yüksək siyasi etimadın zirvəsidir.

S.Novruzov yekunda bildirib ki, ortaq tarixi-mədəni köklərə və milli-mənəvi dəyərlərə söykənən Azərbaycan-Özbəkistan tərəfdaşlığı bundan sonra da Türk dünyasının birliyinə və regionun dayanıqlı inkişafına xidmət edəcək.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Avqust 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri